Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Almaniyanın Donald Trampı” adlandırıldı, Merkelə qarşı çıxdı Yeni kansler kimdir?

Almaniyanın Donald Trampı” adlandırıldı, Merkelə qarşı çıxdı Yeni kansler kimdir?

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevral ayında Almaniyada parlamentə növbədənkənar seçkilər keçirilib və bu seçkilərin nəticələrinə əsasən Xristian Demokratlar İttifaqı (XDİ) qalib gəlib. Partiyanın lideri Fridrix Mers əvvəlcə kansler vəzifəsinə ən real namizəd hesab olunub, daha sonra isə 6 may tarixində keçirilmiş iki turluq səsvermənin nəticəsində parlament üzvləri tərəfindən bu posta seçilib. Almaniya tarixində ilk dəfə olaraq kansler vəzifəsinə namizəd birinci turda tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib. Bir neçə saat sonra keçirilmiş ikinci cəhd zamanı o, tələb olunan 325 “lehinə” səsi toplayaraq kansler seçilib.

Metbuat.az Almaniya seçkilərinin favoriti haqqında maraqlı məlumatı təqdim edir:

69 yaşlı Fridrix Mers Xristian Demokratlar İttifaqının (XDİ) üzvü olaraq 44 ildir partiyadadır, lakin heç vaxt hökumət tərkibində yer almayıb. Uzun müddət partiyada Angela Merkelin kölgəsində qalan Mers 2005-ci ildə Merkel kansler seçildikdən sonra miqrasiya siyasətinə görə, mütəmadi olaraq onu tənqid edib.

Elə dövrlər olub ki, reytinqi o qədər aşağı düşüb ki, partiyadan çıxarılması belə müzakirə olunub. Partiyaya rəhbərlik etmək üçün ilk cəhdi uğursuz olub. 2021-ci ildəki ikinci cəhd də nəticə verməyib, yalnız 2022-ci ildə partiya sədri seçilməyə nail olub.

Fridrix Mers bəzən “Almaniyanın Donald Trampı” adlandırılır. Bu ləqəb ona populyist çıxışları və böyük şəxsi sərvətinə görə verilib. O, özünü orta sinif nümayəndəsi kimi təqdim etsə də, varlı ailədən çıxıb və uşaqlığını XVIII əsrə aid bir ailə malikanəsində keçirib.

Hüquq təhsilli olan Mers karyerasına Saarbrücken dairə məhkəməsində hakim olaraq başlayıb, bir neçə il ərzində 20 böyük beynəlxalq şirkətin top-menecmentində yer alıb. 2018-ci ilə qədər iki şəxsi təyyarə sahibi olub və illik gəliri təxminən 1 milyon avro təşkil edib. Angela Merkelin qənaətcil obrazı fonunda Mersin şəxsi təyyarədə uçması alman mühafizəkar ictimaiyyəti üçün narahatedici görünür və bu, onun tez-tez izahat verməsinə səbəb olur.

Fridrix Mers keçmiş kansler Olaf Şoltsu Ukraynaya silah göndərilməsindəki gecikməyə görə tənqid edib. O, Rusiyaya qarşı zərbələrə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını və Ukraynaya uzun mənzilli “Taurus” raketlərinin göndərilməsini dəstəkləyir.

Mersin sözlərinə görə, əgər Fransa və Böyük Britaniya bu məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləsə, o zaman bu silahların Ukraynaya ötürülməsini özü də həyata keçirərdi. O, həmçinin Almaniyada ümumi hərbi xidmətin bərpasını planlaşdırır.

2016–2020-ci illərdə Mers, ABŞ-nin ən böyük investisiya şirkəti olan “BlackRock”un Almaniya bölməsinin müşahidə şurasına rəhbərlik edib və onun Almaniyadakı maraqlarını lobbiləşdirib. Bu fəaliyyət ona böyük gəlir qazandırsa da, siyasətə qayıtmaq üçün vəzifəsindən ayrılıb.

2018-ci ildə “BlackRock” dövlət büdcəsindən genişmiqyaslı vəsaitlərin çıxarılmasına səbəb olan vergi maxinasiyalarında ittiham olunub. Həmin vaxt Mers şirkətin Almaniya nümayəndəsi olaraq hökumətlə əməkdaşlıq etdiklərini bildirib.

Fridrix Mers sosial yardım sistemində islahatların aparılmasının tərəfdarıdır. Onun partiyasının proqramında işsizlər və aztəminatlılara, o cümlədən Ukrayna qaçqınlarına verilən müavinətlərin azaldılması və əmək qabiliyyətli şəxslərin işləməyə məcbur edilməsi nəzərdə tutulur.O, qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması üçün sərt tədbirlərin görülməsini istəyir. Bununla yanaşı, Almaniyaya ixtisaslı işçi axınını dəstəkləyir, xarici diplomların tanınmasının sadələşdirilməsini və xarici mütəxəssislərin iş tapmaq, sənədləri rəsmiləşdirmək və qanuni status almaq üçün müraciət edə biləcəyi rəqəmsal mərkəzin yaradılmasını təklif edir.

Almaniyanı karbon neytrallığına aparmaq üçün Mers artıq mövcud olan alət — yanacaqdan yaranan tullantılar üçün tətbiq edilən vergilərin artırılmasını təklif edir. Bu vergi birbaşa Almaniya sakinləri tərəfindən ödənilir.

O, ölkənin gələcəyini hidrogen enerjisi və elektromobillərdə görür, lakin benzin və dizel avtomobillərinin qadağan olunmasına qarşı çıxır.

Xristian Demokratların lideri dövlət büdcə kəsirini ÜDM-in 0,35%-dən çox olmamaqla məhdudlaşdıran “borc əyləci”nin dəyişdirilməsinə qarşı çıxır və hesab edir ki, düzgün iqtisadi yanaşma dövlət borcunun artırılmasına ehtiyac olmadan iqtisadiyyatı və müdafiə qabiliyyətini bərpa etməyə imkan verəcək.

Mers gəlir vergisinin azaldılmasını və korporativ vergi dərəcəsinin dörddəbir həcmində aşağı salınmasını təklif edir. Onun fikrincə, sosial müavinətlərin azaldılması və insanların işləməyə təşviq edilməsi ilə birlikdə bu tədbirlər Almaniyanı iqtisadi böhrandan çıxara bilər.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see216

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see204

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see162

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see159

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see143

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri