Almaniyanın məşhur şirkətinin Bakıdakı nümayəndəliyi LƏĞV EDİLİR
Icma.az bildirir, Modern.az portalına istinadən.
Almaniyanın məşhur logsitika şirkəti Azərbayandakı nümayəndəliyini ləğv edir.
Modern.az-ın məlumatına görə, “Rhenus Freight East Gmbh” şirkəti ləğv edildiyini elan edib və kreditorlara tələbələrini 2 ay ərzində təqdim etmələrini istəyib.
Qeyd edək ki, şirkətin Avropa, Hindistan, Şimali, Mərkəzi və Cənubi Amerika, Asiya, Afrika və Okeaniyada filialları mövcuddur. Şirkət 2023-cü ildə 7.5 mlrd. avro gəlir əldə edib.
Xatırladaq ki, bir müddət əvvəl “Rhenus Freight East Gmbh” Azərbaycanda yeni törəmə şirkət təsis edib. “Rhenus Logistics Azerbaijan” MMC oktyabrda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. “Rhenus Logistics Azerbaijan” MMC-nin direktoru Yekaterina Zuban İqoryevnadır. O, 2015-ci ildə şirkətin ölkə üzrə filalına rəhbərlik edirdi. Şirkətin nizamnamə fondu 25 000 avro təşkil edir.
Baxış sayı:81
Bu xəbər 04 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















