Almaniya: CDU Şimali Reyn Festfaliyada keçirilən bələdiyyə seçkilərində qalib gəlib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Berlin, 14 sentyabr, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Festfaliya (NRW) əyalətində keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə əsasən, Xristian Demokratlar İttifaqı (CDU) 34,6 faiz səslə birincidir. Bu, 2020-ci ildəki bələdiyyə seçkilərindəki nəticə ilə demək olar ki, eynidir.
AZƏRTAC WDR televiziyasına istinadla xəbər verir ki, ikinci yerdə 22 faizlik nəticə ilə Sosial Demokratlar Partiyası (SPD) qərarlaşıb. Bu, SPD-nin beş il əvvəlki göstəricisindən 2,3 faiz azdır.
Əvvəlki seçkidəki nəticəsini 10,3 faiz yaxşılaşdıraraq 15,3 faiz səs toplayan Almaniya üçün Alternativ (AfD) partiyası üçüncüdür.
Bələdiyyə seçkilərdən ən çox səs itirən partiya Yaşıllar olub. Beş il əvvəl 20 faiz səslə birinci olan partiyaya seçicilərin cəmi 12,9 faizi səs verib.
Azad Demokratlar Partiyası (FDP) 3,3 faiz (-2,3 faiz), Sol Partiya 5,3 faiz (+1,5 faiz), digər partiyalar isə 6,6 faiz səs toplayıb.
Qeyd edək ki, Şimali Reyn-Festvaliya əyalətində 13,7 milyon seçici var.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Sentyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















