Icma.az
close
up
RU
Almaniyanın sosial şəbəkə seqmentini tənzimləmə modeli

Almaniyanın sosial şəbəkə seqmentini tənzimləmə modeli

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

2025-cü ilin statistikasına əsasən, Almaniya Federativ Respublikası (AFR) vətəndaşları sırasında 65,5 milyon nəfər sosial şəbəkə istifadəçisi olub. Bu, ümumi əhalinin 77,6 faizini əhatə edir ( https://datareportal.com/reports/digital-2025-germany# ). Əksəriyyət “WhatsApp”, “YouTube”, “Facebook”, “Instagram” və “TikTok”dan faydalanır. “Facebook”un təxminən 27 milyon, “Instagram”ın 26 milyon, “TikTok”un isə 20 milyondan çox aktiv istifadəçisi mövcuddur.

Bu rəqəmlər göstərir ki, sosial şəbəkələr Almaniyada da ictimai rəyin formalaşmasında iştirak edən əsas platformalardandır. Paralel olaraq, qeyd edilən platformalar nifrət nitqi, saxta xəbər və kiber təhdidlərin artması üçün geniş zəmin yaradır. Dövlətin sosial şəbəkə platformalarına tənzimləyici müdaxiləsinə zərurət yaradır ( https://datareportal.com/reports/digital-2023-germany ).

Sosial şəbəkələrin tənzimlənməsi üzrə Almaniya təcrübəsi digər ölkələrin yanaşmaları ilə müqayisədə balanslı hesab olunur. Məsələn, Fransada “Avia Law” Qanunu “nifrət nitqinin” təsnifatlaşdırılmasında sərt prinsiplər tətbiq etdiyi üçün Konstitusiya Şurası qanunun bəzi maddələrini söz azadlığına zidd saydı. Yaxud, Rusiyanın“Suveren internet” Qanunu dövlətin internet üzərində tam nəzarətini, yayılan məzmuna müdaxiləsini təmin edir ki, bu da demokratik standartlara zidd hesab olunur. Çində is xarici sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılıb, tam nəzarət altında olan “WeChat” və “Weibo” kimi milli alternativlər platformalar yaradılıb.

Almaniya modeli bunlarla müqayisədə fərqlidir. O öz qanunlarını Avropa İttifaqının “Digital Services Act”ına uyğunlaşdırır. Təhlükəsizliyin təmin olunmasını adminlərə həvalə edir. Böyük onlayn platformalar üzərində təhlükəsizlik və rəqabət öhdəlikləri qoymaqla kifayətlənir. Bununla yanaşı, Almaniya sosial şəbəkələrin tənzimlənməsi üçün Avropa məkanında xüsusi qanunvericilik tətbiq edən ilk ölkələrdən biridir. Ölkənin onlayn informasiya resurslarında məzmun təhlükəsizliyini təmin etmək, ictimai təhlükəsizliyi qorumaq, şəxsi məlumatların müdafiəsini gücləndirmək üçün yaratdığı NetzDG, BDSG və digər qanunlar ifadə azadlığı ilə bağlı mübahisələri də gücləndirir.

NetzDG: Sosial şəbəkələrin məsuliyyətini müəyyən edən qanun

Almaniya sosial şəbəkə seqmentində yayılan məzmun üzərindəqanuni nəzarəti həyata keçirir. Şərti olaraq “Facebook Aktı” və ya“Sosial şəbəkələrdə qaydaların tətbiqi Aktı” adlandırılan “Netzwerkdurchsetzungsgesetz” qanunu ( NetzDG - Onlayn nifrət nitqi və yalan xəbərlərə qarşı Akt”) 2018-ci ildə qüvvəyə minib ( https://en.wikipedia.org/wiki/Network_Enforcement_Act ).

Qanun aşağıdakı məqsədləri daşıyır:

- Nifrət nitqinin qarşısını almaq – Sosial media platformalarında irqçi, dini, etnik və digər diskriminasiyaedici ifadələrin yayılmasını qadağan edir.
- Yalan xəbərlərin azaldılması – Saxta, yanıldıcı və ictimai təhlükəyə səbəb ola biləcək məlumatların platformalardan çıxarılmasını tələb edir.
- Platformaların məsuliyyəti – 2 milyondan çox istifadəçisi olan platformalar istifadəçilər tərəfindən şikayət edilən qanunsuz məzmunu dərhal qiymətləndirməli və mübahisəli olduğu təsdiqlənərsə, qanunsuz sayılan materialları dərhal silməlidirlər ( https://www.europarl.europa.eu/doceo/document/P-8-2018-000206_EN.html).

Sosial media şirkətləri qanunu pozduqları təqdirdə böyük maliyyə cəzalarına məruz qala bilərlər. O, Almaniya ərazisində 2 milyondan çox istifadəçisi olan platformalara şamil edilir. Qanunsuz olduğu heç bir şübhə doğurmayan məzmunun 24 saat ərzində, mübahisəli məzmunun isə 7 gün ərzində silinməsini tələb edir. Şəbəkə adminlərini istifadəçilərin hüquqlarını qorumağa və qanunsuz məzmunun yayılmasının qarşısını almağa məcbur edir.

Bu kontekstdə yanaşaraq, Almaniyada dezinformasiyaya qarşı mübarizə tədbirləri ilə sosial şəbəkə platformalarının tənzimləməsi üzrə qaydaların tətbiq edilməsi arasında bərabərlik işarəsi qoyulur. Nifrət nitqi və saxta xəbərlər mübarizə qanunu həm də sosial şəbəkə platformalarında ictimai mənafe naminə qaydaların tətbiq olunmasını ehtiva edir. Qanun sosial şəbəkə platformalarının provayderləri qarşısında saxta xəbərə qarşı mübarizə aparmaq öhdəliyi yaradır.

Məlumat üçün qeyd edək ki, NetzDG qəbul edildiyi gündən mübahisələr doğurub. Həddindən artıq məzmun silinməsi problemi ən çox tənqid edilən məqamlardandır. Platformalar yüksək cərimə riskindən yayınmaq üçün bəzən qanunsuz sayılmayan mübahisəli məzmunları da silirlər.

Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Repartyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olmasına məhkəmə qərar verməlidir. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti inzibati icra qurumuna - Ədliyyə İdarəsinə həvalə edir (https://rsf.org/en/network-enforcement-act-apparently-leads-excessive-blocking-content ). “Facebook” və “Google”dan saxtalığı mübahisə doğuran məzmunu da bloklamaq tələb olunur. Bu baxımdan, Almaniya hüquqşünaslar daha şəffaf şikayət prosedurları və məhkəmə nəzarətinin artırılmasını tələb edirlər.

Digər hüquqi çərçivələr

NetzDG ilə yanaşı, AFR-də sosial şəbəkələrin fəaliyyətinə bir neçə digər normativ akt da təsir göstərir:

- DSGVO (Ümumi məlumatların qorunması Qanunu ) 2018-ci ildə qüvvəyə minib. Onlayn informasiya resurslarında şəxsi məlumatların qorunması üzrə əsas aktdır. Bu qanun istifadəçilərə “unutulmaq hüququ”nu da təmin edir ( https://de.wikipedia.org/wiki/Datenschutz-Grundverordnung ).
- “Medienstaatsvertrag” Aktı 2020-ci ildə yeniləşdirilərək, onlayn platformaları klassik media ilə eyni tənzimləmə çərçivəsinə daxil edir ( https://de.wikipedia.org/wiki/Medienstaatsvertrag ).
- Telemedien-Datenschutz-Gesetz (TTDSG, 2021) – kukilər, istifadəçi məlumatlarının emalı və onlayn xidmətlərin məxfilik məsələlərini tənzimləyir. Bütün bu aktlar sosial şəbəkələrin həm məzmun siyasətinə, həm də istifadəçi məlumatlarının idarəsinə təsir göstərir.

Adı çəkilən qanunlara əsasən, sosial şəbəkə operatorları Almaniyada avtomatlaşdırılmış alqoritmlər vasitəsilə şübhəli məzmunu aşkarlamağa və bloklamağa, insan moderatorlar vasitəsilə mürəkkəb halları qiymətləndirməyə, hüquq-mühafizə orqanlarının sorğularına cavab verməyə borcludurlar.

İnzibati idarələrin rolu

Almaniyada sosial şəbəkələrin tənzimlənməsi yalnız qanunla deyil, həm də xüsusi dövlət qurumları vasitəsilə həyata keçirilir:

Almaniya Federal Ədliyyə İdarəsi (Bundesamt für Justiz) NetzDG Aktının icrasına nəzarəti həyata keçirir. Qanunun müddəalarının pozulmasına görə sanksiyalar tətbiq edir.

Məlumatların mühafizəsi və informasiya azadlığı üzrə Federal Komissar (BfDI - Der Bundesbeauftragte für den Datenschutz und die Informationsfreiheit ) – şəxsi məlumatların qorunmasına nəzarət edir.

Federal informasiya təhlükəsizliyi İdarəsi (BSI-Bundesamt für Sicherheit in der Informationstechnik) – kibertəhlükəsizlik üzrə riskləri izləyir.

Landesmedienanstalten – media orqanlarında və sosial şəbəkələrdə reklam, informasiya balansı və azyaşlıların müdafiəsi məsələlərinə nəzarət edir.

Əldə olunan nəticələr

NetzDG-nin tətbiqindən sonra Almaniyada sosial şəbəkələrin fəaliyyəti nəzərəçarpacaq dərəcədə dəyişib. “Facebook”, “YouTube” və “Twitter”in təqdim etdiyi hesabatlara görə, bu ölkə üzrə milyonlarla şikayət araşdırılıb. Təkcə 2018-ci ilin ilk 6 ayı ərzində “Facebook” 264,818, “YouTube” 214,827, “Twitter” isə 886 şikayət doğuran məlumatı araşdırıb və mübahisəli olduğu üçün bloklayıb. Sonrakı ildə “YouTube” Almaniya seqmentiüzrə 285 min videonu NetzDG qanununun tələbləri çərçivəsində silib. Əksər platformalar nifrət nitqi, siyasi ekstremizm və terror təbliğatı adı ilə çoxsaylı məzmunun silindiyini qeyd ediblər ( https://policyreview.info/articles/analysis/reading-between-lines-and-numbers-analysis-first-netzdg-reports ).

Bununla yanaşı, Almaniya təcrübəsi göstərir ki, sosial şəbəkələrin hüquqi-inzibati tənzimlənməsi effektiv olsa da, daimi yenilənməyə ehtiyac duyur. Süni intellekt və alqoritmik şəffaflıq haqqında hesabatlılıq günün əsas tələbinə çevrilir. Platformalardan alqoritmlərin iş prinsipləri barədə daha çox məlumat tələb olunması üçün hüquqi çərçivələrin müəyyən ediləcəyi gözləniləndir. Süni intellekt, “deepfake” və generativ məzmunlar üçün ayrıca hüquqi mexanizmlər tələb olunacaq.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri