Almaniyanın üç vilayətində polis reydləri: Dövlət çevrilişində şübhəli bilinən şəxslər HƏBS EDİLİB
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın Bavariya əyalətində üç kişi həbs edilib və onlar Henrix XIII Şahzadə Roys ətrafındakı radikal "reyxsbyurqerlər" şəbəkəsi ilə əlaqədə şübhəli bilinirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "BİLD na russkom" "Telegram" kanalı məlumat verib.
Bavariya Kriminal Polis İdarəsinin məlumatına görə, saxlanılanlar terror təşkilatının ehtimal edilən üzvləridir və istintaqın qənaətincə, mövcud dövlət sistemini zorakılıqla devirməyi və onu öz sistemləri ilə əvəz etməyi planlaşdırıblar.
"Genişmiqyaslı araşdırma çərçivəsində yeni fiqurantlar müəyyən edilib ki, onlar ya qruplaşmaya dəstək veriblər, ya da hazırlıq işlərində iştirak ediblər", - deyə müstəntiqlər bildiriblər.
Bundan əlavə, söhbət 2022-ci ilin aprelində Bayroyt yaxınlığındakı keçmiş Bundesver atış poliqonunda keçirilən silahlı təlimdən də gedir ki, orada altı nəfər - 40-61 yaşlarında kişilər və bir qadın iştirak edib.
Hüquq-mühafizə orqanlarının versiyasına görə, bu atışmaların məqsədi Bundestaq binasına hücuma hazırlıq ola bilərdi. Bu motiv rəsmi olaraq iş materiallarında əksini tapıb.
Qeyd edək ki, avqustun 7-də səhər saatlarında eyni anda üç federal ərazidə reydlər və axtarışlar aparılıb: Bavariya, Saksoniya və Tyuringiya. Ümumilikdə, səkkiz axtarış həyata keçirilib - yeddisi təqsirləndirilən şəxslərin, biri isə şahidin ünvanında.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 07 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















