Icma.az
close
up
RU
Almaniyanın XİN başçısının iqlim riyakarlığı: Qərb iqlim məsuliyyətini inkişaf etməkdə olan ölkələrin üzərinə atır

Almaniyanın XİN başçısının iqlim riyakarlığı: Qərb iqlim məsuliyyətini inkişaf etməkdə olan ölkələrin üzərinə atır

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın xarici işlər naziri (XİN) Annalena Berbok COP29 iqlim konfransının sona yaxınlaşması ilə bağlı "ürək parçalayan" şərhlər verib və Avropa İttifaqının (Aİ) iqlim maliyyələşdirməsi üzrə məsuliyyətini digər danışıq iştirakçılarının üzərinə atmağa çalışıb.

Nazir sosial şəbəkələrdə Aİ-nin iqlim maliyyələşdirməsinə sədaqətli olduğuna and içən bir neçə paylaşım edib.

Lakin nədənsə xanım Berbok BMT-nin COP29 sammitində iqlim dəyişikliyi ilə mübarizə üzrə razılaşmaya dair əsas danışıqlarda Qərb bloku liderlərinin, xüsusilə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirak etməməsini görmür.

ABŞ və Avropa əsrlərlə davam edən və genişmiqyaslı ətraf mühit çirklənməsinə görə əsas məsuliyyət daşısa da, Almaniya XİN başçısı iqlim maliyyələşdirməsi yükünü inkişaf etməkdə olan ölkələrin üzərinə atmağa çalışır.

Əsrlər boyu Avropa ölkələri Afrika və Asiyadakı müstəmləkələrdən təbii resursların təchizatçısı kimi istifadə edib. Bu ərazilərin ekosisteminin məhv edilməsinə məhəl qoymayıblar. İndi də Fransa və digər bir sıra ölkələrin həm öz müstəmləkələrini, həm də keçmiş nəzarət altında olan ərazilərini fəal şəkildə istismar etməsi nümunəsi Almaniya XİN başçısının guya iqlim ədalətini dəstəkləməsi ilə bağlı çağırışının riyakarlığını göstərir.

Əgər Qərb bloku COP29-da bütün ölkələri qane edən iqlim sazişinə nail olmağa köklənmiş olsaydı, bu ölkələrin təmsilçilik səviyyəsi Bakıya gələn aidiyyəti nazirliklərin rəhbərlərindən daha yüksək olardı. Qərb blokunun faktiki olaraq bütün səyləri iqlim maliyyələşdirilməsi xərclərini mümkün qədər azaltmağa yönəlib. 2035-ci ilədək dövr üçün təklif olunan ildə 300 milyard ABŞ dolları səviyyəsi məhz iqlim dəyişikliyinin nəticələrinə məruz qalan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını əks etdirmir.

İnkişaf etməkdə olan ölkələr COP29-da bu barədə açıq danışırlar - tez-tez baş verən daşqınlar, tornadolar, qasırğalar məhz inkişaf etməkdə olan ölkələrə həm coğrafi mövqeyinə, həm də təbii fəlakətlərə dayanıqlılıq baxımından böyük ziyan vurur. Bu kataklizmlər də məhz Qərbin məsuliyyət daşıdığı iqlim dəyişikliyi səbəbindən tez-tez baş verir.

Lakin bu məsuliyyəti ABŞ prezidenti Cozef Bayden, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron və digərləri başda olmaqla Qərb dövlət başçıları tam olaraq qəbul etmək istəmirlər.

Report” Analitik Qrupu

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see251

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see145

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri