Icma.az
close
up
RU
Almaniyanın yeni hökməti priroritetlərini açıqladı Ukraynaya tam dəstək...

Almaniyanın yeni hökməti priroritetlərini açıqladı Ukraynaya tam dəstək...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts yeni koalisiya hökumətinin formalaşdırılması ilə bağlı danışıqların başa çatdığını elan edib və yeni hökumətin mayın əvvəlində fəaliyyətə başlamağı planlaşdırdığını bildirib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki,

Merts Rusiya Prezidenti Vladimir Putinin Ukraynada davam edən işğalına və ABŞ-nin tariflərinə istinad edərək koalisiya danışıqlarının artan beynəlxalq siyasi gərginlik fonunda baş tutduğunu qeyd edib.

"Rusiya təcavüzkarı - Putin müharibəni bitirməyə və silahların susmasına icazə verməyə hazır olmadığını göstərir. Eyni zamanda, iqtisadi qeyri-müəyyənliklər hədsiz dərəcədə artır. Elə bu həftə ABŞ hökumətinin qərarları yeni təlatümlərə səbəb olub", - Merts deyib.

Merts maliyyə naziri olacağı gözlənilən Lars Klinqbaylın başçılıq etdiyi Sosial Demokrat Partiyası (SPD) ilə koalisiyada Almaniyanın yeni kansleri olacaq.

Yeni hökumət elan edilən kimi onun 144-səhifəlik siyasət planı dərc olunub və sənəddə Ukraynaya güclü dəstək vədi ifadə edilib.

"Biz Ukraynanın Rusiya təcavüzünə qarşı özünü effektiv şəkildə müdafiə edə bilməsi və danışıqlarda mövqeyini qoruyub saxlaması üçün hərtərəfli dəstək göstərəcəyik", - sənəddə deyilir.

Merts hələ vəzifəyə başlamamışdan əvvəl Almaniya parlamentindən konstitusiya islahatını keçirə bilib. Bu islahat hökumət borcuna tətbiq olunan sərt məhdudiyyətlərin artıq müdafiə xərclərinə şamil olunmamasını təmin edir.

"Hazırda təhlükəsizliyimiz Soyuq müharibənin bitməsindən bəri heç vaxt olmadığı qədər təhdid altındadır. Ən böyük və birbaşa təhlükə Rusiyadan gəlir", – yeni koalisiyanın siyasət sənədində qeyd olunur.

Siyasət planında ABŞ Prezidentindən bəhs edilmir. Lakin Merts xarici jurnalistin ABŞ ilə münasibətlər barədə sualına cavab verərkən deyib: "Donald Trampa mesaj budur: Almaniya yenidən öz yolundadır, Almaniya müdafiə sahəsində öz öhdəliklərini yerinə yetirəcək".

ABŞ-nin tətbiq etdiyi tariflərlə bağlı suala cavabında isə Merts qeyd edib ki, Avropa bu məsələyə birgə cavab axtarmalıdır. Onun bu açıqlaması Avropa İttifaqı ölkələrinin bir sıra əks-tədbirlər — o cümlədən, 15 apreldən etibarən ABŞ-dan idxal olunan müəyyən mallara mərhələli tariflərin tətbiqinin razılaşdırılmasından bir neçə saat sonra gəlib.

Merts ömrü boyu transatlantik tərəfdarlarından biri olub və dörd il ABŞ-nin investisiya şirkəti "BlackRock"da çalışıb. Fevralda keçirilən seçkilərdə qələbə qazandıqdan sonra, Avropa ilə yeni ABŞ administrasiyası arasında münasibətlərin gərgin başladığı bir vaxtda o bildirib ki, Avropa müdafiə sahəsində Vaşinqtondan müstəqillik qazanmalıdır.

Bununla belə, koalisiya sazişində ABŞ ilə münasibətlərin mütləq əhəmiyyət daşıdığı vurğulanır: "Ticarət siyasətində biz bütövlükdə Şimali Amerika ilə sıx əməkdaşlığa can atırıq. Transatlantik iqtisadi məkan qlobal rəqabətdə uğur qazanmaq üçün ən yaxşı şərtləri təqdim edir".

Yeni hökumətin daxili prioritetləri arasında isə iqtisadi islahatlar vasitəsilə iqtisadi artımı stimullaşdırmaq və qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər görmək vədləri yer alır.

Yeni koalisiyanın formalaşması üçün SPD və CDU-nun ali rəhbərliyi tərəfindən təsdiqlənməsi tələb olunur. Bundan sonra isə hökumət parlamentdə etimad səsverməsindən keçməlidir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri