Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qana millisinin baş məşqçisi Otto Addo vəzifəsindən uzaqlaşdırılıb.
QOL.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. İstefa yığmanın yoxlama oyununda Almaniya millisinə 1:2 hesablı məğlubiyyətindən sonra gerçəkləşib. Bildirilir ki, qərar dərhal qüvvəyə minib.
Qərarın səbəbləri və yeni baş məşqçi ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Qana millisi son dövrdə uğursuz çıxış edir. Komanda yoxlama oyunlarında ardıcıl 4 məğlubiyyət alıb.
Xatırladaq ki, Otto Addo 2024-cü ilin martından ikinci dəfə Qana millisinə rəhbərlik etməyə başlamışdı. O, daha əvvəl də 2022-ci ildə komandanı çalışdırıb və 2022-ci il dünya çempionatında iştirak edib. Həmin turnirdə Qana Cənubi Koreya millisinə qalib gəlsə də, qrup mərhələsini keçə bilməmişdi.
Qana millisi 2026-cı il dünya çempionatının final mərhələsində L qrupunda Xorvatiya millisi, İngiltərə millisi və Panama millisi ilə mübarizə aparacaq. Komanda ilk oyununu 17 iyunda Panamaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 31 Mart 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















