Almanlara qarşı layiqli mübarizə BOS da arzulanan futbol
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Sabah” Çempionlar Liqasının III turunda “Borussiya”ya (Dortmund) məğlub oldu – 1:2.
“Bayquşlar”ın son vaxtlardakı performansı və bir həftə öncə Bakıda “Slaviya”ya qalib gəlməsi komandaya inananların sayını artırmışdı. Rəqibin TOP-5 çempionatlarının güclülərindən olmasına baxmayaraq, “Sabah”dan qələbə gözləyənlər kifayət qədər idi. Belə fikir formalaşmışdı ki, komanda ən pis halda heç-heçə edəcək.
Görüşə almanlar yaxşı başladı. Dortmundlular erkən qolla hesabı açsa da, təmsilçimiz ruhdan düşmədi. Ardıcıl epizodlar yaxalayan “Borussiya” fərqi artıra bilmədi.
Oyunun 10-15-ci dəqiqəsindən sonra nəzarəti ələ alan, tempi yüksək tutan “Sabah” qol epizodları yaratmağa başladı. Hücumların məntiqi yekununda komanda hesabı bərabərləşdirdi. Gözəl kombinasiya ilə “bayquşlar” hesabı bərabərləşdirsə də, ofsayd səbəbindən qol ləğv olundu. Bu da “futuristlər”də məyusluq yaratmadı. Artıq daha istəkli “Sabah” görünürdü. Azarkeş dəstəyini də arxasına alan təmsilçimiz fasiləyə qədər hesabda tarazlıq yaratdı. Standart vəziyyətdən sonra başla dəqiq oynayan Eden Makkarti turnirdə özünün birinci, komandasının ikinci qoluna imza atdı.
“Sabah” ilk hissədə sərgilədiyi oyunla asan rəqib olmadığını göstərdi. Fasilədən sonra irəli atılan “Borussiya” yenidən önə keçdi. Bu dəfə də Girassi dəqiq oynadı.
Qoldan sonra hər iki komanda açıq futbol sərgilədi. Bəzən “Sabah”, bəzən “Borussiya” real şanslar yaradırdı. Lakin fürsətlər boşa verildi.
“Sabah”da Mbina təkbətək epizodu vura bilmədi. Bu, qol olsaydı, bəlkə, yekun fərqli – təmsilçimizin lehinə yekunlaşardı.
Hər bir halda, “bayquşlar”ın alman nəhənginə qarşı belə mübarizə aparması təqdirə layiqdir. “Sabah”ın yaşından dəfələrlə çox Çempionlar Liqasında oyun keçirən “Borussiya” bu görüşdə məhz keyfiyyəti hesabına üç xal qazandı.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 21 Oktyabr 2026 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















