"Qızıl top" siz jurnalistlər üçündür"
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem fərdi mükafatlardan daha çox komanda uğurlarına önəm verdiyini bildirib.
QOL.az xəbər verir ki, “BeIN SPORTS”un məlumatına görə, futbolçu sözügedən mükafatın onun üçün əhəmiyyət kəsb etmədiyini vurğulayıb:
"Düzünü desəm, “Qızıl top” məni maraqlandırmır. Mən Çempionlar Liqası və La Liqa da daxil olmaqla, mümkün qədər çox komanda titulu qazanmaq istəyirəm. “Qızıl top” siz jurnalistlər üçündür. Səs verə və müzakirələri qızışdıra bilərsiniz. Mənim üçün isə komandanın qələbə qazanması daha vacibdir"
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Bellinqem 2026-cı ildə “Qızıl top” uğrunda səsvermədə 11-ci yeri tutub. France Football nəşrinin versiyasına görə, ilin ən yaxşı futbolçusu isə “Bavariya”nın hücumçusu Harri Keyn seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 Noyabr 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















