Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Almanların Rusiyadakı yeraltı şəhəri Konyak şüşəsi, yoxsa ölüm mələyi?

Almanların Rusiyadakı yeraltı şəhəri Konyak şüşəsi, yoxsa ölüm mələyi?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

II dünya müharibəsi illərində Almaniyanın işğal çoğrafiyası böyüdükcə, həmin ərazilərdə Adolf Hitlerin səhra fəaliyyətini təmin etmək məqsədilə qərargahlar yaradılıb.

Fürerin təhlükəsizliyi nəzərə alınaraq həmin qərargahlar üçün xüsusi bunkerlər tikilib.
Belə bunkerlərdən biri də Smolenskdən doqquz kilometr aralıda, Qnezdova kəndinin yaxınlığında inşa edilib.

Kulis.az “Ayı yuvası” adlandırılan bunkerin tarixi, tarixdəki rolu haqqında yazını təqdim edir.

“Ayı yuvası” adlandırılan bu bunkerlə bağlı müəmmalar, cavabsız suallar bu günə qədər də qalır.

Belə ki, müharibədən çox keçmiş - 1990-cı illərdən sonra aparılan araşdırmalardan məlum olub ki, məhz həmin ərazidə iki bunker tikilib.

Bunkerlərdən birinin tikintisi açıq şəkildə aparılıb, yerli sakinlər çox rahatlıqla bunkerin inşasına şahidlik ediblər.
İkinci bunkerin inşası isə tam məxfi aparılıb. Məqsəd həmin bunkerin, - Hitlerin qərargahının yerinin gizli saxlanılması olub.
Yəni, kəşfiyyatçılar, partizanlar, o cümlədən yerli sakinlər Moskvaya ötürdükləri məlumatlarda fürer üçün açıq şəkildə inşa edilən bunker haqqında məlumat veriblər. Əsl bunker haqqında isə heç kimin məlumatı olmayıb.
Məlum olub ki, hər iki bunkerin arasında, təxminən, bir-iki kilometrlik tunel salınıb.
İşçilər o tunel vasitəsi ilə gizli bunkerə keçiblər.

Birinci aldadlcı bunkerin sahəsi cəmi 47 kvadratmetr, fürerin bunker-qərargahı isə 49 otaqlı olub.
Bunkerdə xüsusi rabitə otağı, 250 nəfərlik konfrans zalı, Hitler üçün iş və istirahət otağı, yeməkxana, mətbəx, ehtiyat ərzaq və əşya anbarları, silah-sursat saxlamaq üçün xüsusi yer, tibb otağı, hamam və s. mövcud olub.

Uzun müddətli yaşamaq üçün havalandırma sistemi quraşdırılıb, elektrik enerjisi, su, kanalizasiya xəttləri ilə təmin edilib.

“Ayı yuvası” yerdən 27 metr dərinlikdə inşa edilib. Bunkerdən şosse yola və dəmiryolu xəttinə gizli çıxışlar olub.

Bunkerin inşasına 2500-dən artıq polşalı və SSRİ-dən olan əsirlər cəlb edilib.
“Yeraltı şəhər”in inşasının hər mərhələsi başa çatdıqdan sonra “Ayı yuvası”nın sirləri kənara çıxmasın deyə tikində işləyənlər güllələnib.

Yeraltı qərargah 10 aya tikilib. Tikinti 1941-ci ilin oktyabr ayında başlanıb, 1942-ci ilin sentyabrında yekunlaşıb.

Bunkerin yer üstündəki ərazisinə 400-dən artıq ağac və minlərlə kol əkilib ki, hava məkanından bu ərazi diqqəti cəlb etməsin.

Tikintidə istifadə olunan materiallar Almaniyadan gətirilib, keyfiyyəti ilə fərqlənib və tikintiyə kifayət qədər böyük vəsait sərf edilib.
Hər dəfə büdcədən pul ayrılması ilə bağlı Hitlerə müvafiq sənədlər təqdim olunanda, fürer həmin sənədlərə heç bir müzakirə aparmadan imza atıb.

Hitler SSRİ üzərində qələbəsinə o qədər əmin olub ki, o, gələcəkdə bu bunkeri Almaniya kəşfiyyat məktəbinin təcrübə bazasına verilməsini planlaşdırıb.

Maraqlı məqamlardan biri də odur ki, ümumiyyətələ, Hitler Berlindən başqa onun üçün tikilən digər bunkerlərin heç birində uzunmüddətli qalmayıb. Buna baxmayaraq, bu sığınacaqlara yetərincə böyük vəsaitlər xərclənib.

Elə “Ayı yuvası”nda da Hitler cəmi iki dəfə olub.
Birinci dəfə o, bu əraziyə tikinti gedən zaman, 1941-ci ilin noyabrında səfər edib. Həmin vaxt hələ işləri yaxşı gedən fürer həm tikintidən, həm də Smolenskdəki alman qoşunlarının uğurlarından razı qalıb.
İkinci dəfə isə o, bunkerdə 1943-cü ilin martın 13-də olub. Bu səfər zamanı Hitlerə sui-qəsdə cəhd edilib edilib: onun təyyarəsinə konyak şüşəsinin içərisində partlayıcı maddə qoyulmuşdu.
“Bədbəxtlikdən”, partlayış baş verməyib. Ölüm mələyini azdıran Hitler bir neçə saatdan sonra Smolenskini tərk edib.

“Ayı yuvası”ndan Hitlerdən daha çox Vermaxtın “Mərkəz” ordu qrupunun generalları istifadə edib.

1943-cü ilin avqust ayında Cənub və Kalininqrad cəbhələri qoşunlarının birgə başladığı “Suvorov” əməliyyatı zamanı almanların əsas ordu qrupu geri çəkilməyə məcbur qalanda “Ayı yuvası” sovet qoşunlarının nəzarətinə keçib. Almanlar bunkeri partlatmağa imkan tapmayıblar. Onlar yalnız bunkerin çıxış və girişlərini betonlayıblar.

Uzun illər “Ayı yuvası” qapalı vəziyyətdə qalıb. Ərazi əvvəllər “NKVD”, sonralar isə DTK-nın nəzarətində saxlanılıb.

Yalnız 1989-cu ildə bunkerin Qnezdovo kəndinə tərəf hissəsi açılıb. “Yeraltı şəhər”in minalanma ehtimalı böyük olduğundan rəsmilər bunkerin dərinliklərinə qədər getməyi məqsədəuyğun saymayıblar və hazırda da bunkerin açılmış hissələrinə kənar şəxslərin daxil olması qadağandır.

2003-cü ildə Smolensk vilayət adminstrasiyasının nəzdindəki xüsusi qrup bunkerdə yeraltı su boruları, eutiyat su anbarları, mürəkkəb quruluşlu tunellər aşkarlayıblar. Bunkerin tam öyrənilməsi üçün vacib şərtlərdən biri illər boyu içəri yığılmış suyun çəkilməsi, daha sonra isə minalardan təmizləmə prosesidir ki, bunun üçün də müəyyən vəsait tələb olunur.
Hələ ki, bu vəsaiti Hitlerin bunkeri üçün heç kim ayırmaq istəmir.
Beləliklə, “Ayı yuvası” fürerin çoxsaylı bunkerləri arasında yeganə sığınacaqdır ki, olduğu kimi qalır.

Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir? Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub Audiovizual Şuradan qəza ilə bağlı açıqlama
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Yanvar 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri