Icma.az
close
up
RU
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşası növbəti dəfə oynanılıb.
Kulis.az xəbər verir ki, səhnə əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən ictimai-siyasi hadisələrin, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələri ustalıqla əks olunur.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.
Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar Səmədzadə Xasiyev, Gültac Əlili, Mehriban Zaliyeva, Nicat Əli, Faiq Mirzəyev, Elnarə Nağdəliyeva, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Rəşad Rüstəmov, Kamil Cəfərov, Atilla Məmmədov, Nihat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
Alqışlarla qarşılanan tamaşanın sonunda Əməkdar artist Almaz Ələsgərova 60 illik yubileyi münasibətilə teatr rəhbərliyi və kollektivi adından təbrik edilib. Sənətkara teatrın, eləcə də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri fərmanları təqdim olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin yaradıcılıq məsələləri üzrə müavini, Xalq artisti İlham Namiq Kamal da yubilyarı təbriklərini bildirib, təmsil etdiyi qurumun adından ona “Teatr fədaisi” medalını təqdim edib.
Xatırladaq ki, Almaz Ələsgərova teatrın repertuarına 2025-ci ildə daxil edilən bu musiqili dramda Cahan xala obrazının ifaçılarından biridir.
Tamaşanı akademik Kamal Abdulla ilə yanaşı, onun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində keçirilən IV Beynəlxalq türk dili və ədəbiyyatının tədrisi simpoziumunda iştirak üçün Bakıda qonaq olan Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun rəhbəri, professor Əhməd Bican Ərcilasun, professor İsmət Çətin, Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökxan Seyxan, Qazi Universitetinin türk dili və ədəbiyyatı təhsil bölməsinin professoru Xəlil Çəltik, İstanbul Universiteti Qədim yunan dili və ədəbiyyatı kafedrasının professoru Ərman Görən, Varşava Universitetinin professoru Danuta Xmelyovska və ictimaiyyət nümayəndələri izləyiblər.

Ömər Eldarov: "Heydər Əliyev incəsənət xadimlərinə xüsusi rəğbət bəsləyirdi" - TARİXİ ŞƏXSİYYƏT Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi "Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Oktyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri