Icma.az
close
up
RU
Almazı əldə etməyin asan yolu tapılıb

Almazı əldə etməyin asan yolu tapılıb

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Almazları istilik sistemi olmadan yaratmağın yeni yolunu tapıblar. Artıq onları artırmaq mümkün olacaq.
Reyting.az
-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, atəş olmadan almaz daşını əldə etmək son vaxtalara qədər müasir elm aləmində qeyri-mümkün görünsə də, indi bu, reallığa çevrilib.
Otaq temperaturunda istehsal edilə bilən almazlar artıq fantastika yox, elmi yenilikdir.
Avstraliya Milli Universitetinin professoru Codi Bredbinin rəhbərlik etdiyi alimlər qrupu tamamilə normal bir temperaturda süni almazların sintezini yaradıblar. Ənənəvi olaraq bu bahalı kristalları meydana gətirmək üçün tələb olunan ultra yüksək temperatur olmayan bir şəraitdə alimlər eyni anda iki növ daş - klassik kubik və nadir almaz sayılan altıbucaqlı lonsdaleit əldə ediblər.

Mütəxəssislərin fikrincə, əslində, almazın, qrafitin "ekiz qardaş" kimi qəbul edilməsi və hər ikisinin tərkibinə görə, tamamilə saf karbondan (C) ibarət olduğu, həm də almazın ən sərt mineral olaraq "Mohs" şkalası üzrə 10 ballıq şəraitdə bərkidiyini, üstəlik, qrafitin ən yumşaq minerallardan biri (1 bal şkalası ilə) olduğu məlum olsa da, yeni süni almazlar onlardan qətiyyən fərqlənmir.
Elm adamlarının sözlərinə görə, almazlar kəşf üçün çox faydalı kristallar hesab oluna bilər. Çünki əsl almazların yalnız 20 faizi zinət əşyalarıdır. Qalan 80 faiz isə sənayedə kəsmə, qazma, tibbi alətlər və hətta kvant kompüterləri yaratmaq üçün istifadə edilir.
Mütəxəssislər uğurla sınaqdan keçirilmiş yeni süni almazların da müasir texnologiyada fayda verəcək bir kristal ola biləcəyinə ümid bəsləyirlər.
Alimlər qeyd ediblər ki, təbiətdə almazlar böyük təzyiqdə, 1000°C-dən yuxarı temperaturda və yerin tam dərinliklərində əmələ gəlir. Lakin bu yeni daş "Lonsdaleit" adi almazdan çox fərqli bir kristal qəfəsə malikdir və olduqca nadirdir - yalnız meteoritlərin düşdüyü yerlərdə tapılmış nümunələrdir.
Uzun müddət laboratoriya şəraitində bu nadir "lonsdaleit" daşının ərsəyə gəlməsi qeyri-mümkün sayılsa da, oddan istifadə etmədən onu bir neçə dəqiqə ərzində yetişdirmək mümkün olub.
"Bu proses həm də sübut etdi ki, istilik temperaturu qətiyyən həlledici, mühüm amil deyil. Daha çox vacib olan isə kəsmə qüvvəsidir. Məhz bu cür kəsici qüvvə Yer planetinə meteoritlər düşəndə və karbon təbəqələri toqquşduqda, eyni zamanda müxtəlif tərəfdən sıxıldıqda təbii almazın yaranması prosesi meydana gəlir", - deyə alimlərdən biri söyləyib.
Tədqiqatçılar oxşar prosesi təqlid edib və qrafit güclü kəsmə hərəkətinə nəhəng təzyiqə məruz qalıb. Nəticədə, mikroskop altında almaz kristalları görünüb. Onların hamısı kub şəklində, nazik kapilyar kimi lonsdaleit təbəqələri arasında gizlənib.

Bu yeni brilyantı yaratmaq üçün alimlərə təxminən otaq temperaturunda cəmi 80 gigapaskal təzyiq lazım olub. Tədqiqatçılar qrupu müqayisə üçün bildirib ki, belə qeyri-adi və heyrətamiz göstərici əslində, adi balet çəkməsinin ucuna çox asanlıqla yerləşən, tarazlığını saxlaya bilən 640 Afrika filinin gücünə bənzəyir. C. Bredbinin sözlərinə görə, onların bu yeni kəşfi daha çox kəsmə üsulu sayəsində reallaşıb.
Bredbi bildirib ki, gələcəkdə texnologiya məhz bu qeyri-adi yenilik sayəsində öz uğurlu sənaye tətbiqini tapacaq. Alim əlavə edib ki, onların yaratdığı brilyant növü xüsusilə güclü materialların kütləvi sintezi üçün yararlı ola bilər.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 İyun 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri