Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Almazın yeni sirri açıldı: alimlər ondan elektrik enerjisi əldə etdilər

Almazın yeni sirri açıldı: alimlər ondan elektrik enerjisi əldə etdilər

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Alimlər almazın yalnız sərtliyi və davamlılığı ilə deyil, həm də elektrik enerjisi yaratmaq qabiliyyəti ilə bağlı uzun illər mövcud olmuş elmi təsəvvürləri dəyişdirən nəticə əldə ediblər.

Honq-Konq Universitetinin alimlərinin apardığı yeni tədqiqat göstərib ki, olduqca nazik və elastik almaz membranları mexaniki təsirə məruz qaldıqda elektrik gərginliyi yarada bilir. Araşdırma “Elm Nailiyyətləri” (“Science Advances”) jurnalında dərc olunub. 

Tədqiqatın müəllifləri Jixiang Jing, Bicong Wang, Yumeng Luo və digər alimlərdir. Məqalənin adı “Polikristal almaz membranlarında pyezoelektrik effektin üzə çıxarılması”dır.

Bu nəticə elm dünyasında xüsusi maraq doğurur. Çünki almaz uzun müddət pyezoelektrik material hesab edilməyib. Pyezoelektrik effekt bəzi materialların mexaniki olaraq sıxılması, dartılması və ya əyilməsi zamanı elektrik yükü və gərginlik yaratması hadisəsidir.

Tədqiqatçılar müəyyən ediblər ki, almaz çox nazik vəziyyətə gətirilərək elastik membrana çevrildikdə onun mexaniki deformasiyası ölçülə bilən elektrik siqnalı yaradır. Alimlər bu nəticənin təsadüfi elektrik təsiri olmadığını yoxlamaq üçün membran üzərində çoxsaylı mexaniki sınaqlar aparıblar. Təcrübələr zamanı elektrik siqnalının sabit və təkrarolunan şəkildə meydana gəldiyi müşahidə edilib.

Araşdırmanın mühüm nəticələrindən biri elektrik effektinin almazın daxilindəki kristal quruluşunun xüsusiyyətləri ilə əlaqələndirilməsidir. Tədqiqatçılar hesab edirlər ki, polikristal almaz membranında ayrı-ayrı kristal dənələrinin sərhədlərində yaranan asimmetriya mexaniki əyilmə zamanı elektrik yüklərinin qütbləşməsinə səbəb olur. Nəticədə membranın müxtəlif səthləri arasında elektrik potensialı fərqi yaranır.

Bu kəşf almazın texnoloji imkanlarının genişləndirilməsi baxımından mühüm perspektivlər açır. Almaz yüksək sərtliyi, kimyəvi sabitliyi, istiliyə davamlılığı və biouyğunluğu ilə seçilir. Bu xüsusiyyətlərin elektrik enerjisi yaratmaq qabiliyyəti ilə birləşdirilməsi gələcəkdə yüksək etibarlılıq tələb edən elektron və tibbi cihazların hazırlanmasına imkan verə bilər.

Alimlərin fikrincə, yeni texnologiyanın mümkün tətbiq sahələrindən biri öz enerjisini qismən özü yaradan sensorlardır. Məsələn, mexaniki hərəkət, təzyiq və ya əyilmə nəticəsində yaranan elektrik siqnalından istifadə etməklə müxtəlif mikroelektromexaniki sistemlər hazırlamaq mümkündür.

Kəşf implantasiya olunan tibbi cihazlar üçün də maraqlı perspektivlər yaradır. Almazın biouyğun və kimyəvi baxımdan sabit material olması onu insan orqanizmində uzun müddət işləməli olan müəyyən mikrocihazlar üçün cəlbedici edir. Gələcəkdə mexaniki hərəkətlərdən və ya orqanizmdəki digər fiziki təsirlərdən enerji toplayan kiçik tibbi sistemlərin hazırlanması nəzəri baxımdan mümkün ola bilər. Bununla belə, bu istiqamətdə praktik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.

Yeni nəticənin başqa bir əhəmiyyətli tərəfi onun almazın texnologiyadakı roluna yeni yanaşma yaratmasıdır. İndiyədək almaz əsasən passiv material kimi  möhkəmlik, istilikkeçirmə və kimyəvi davamlılıq tələb olunan sistemlərdə istifadə olunurdu. Yeni kəşf isə onun eyni zamanda aktiv elektrik funksiyası daşıya biləcəyini göstərir.

Tədqiqat Honq-Konq Universitetinin Elektrik və Kompüter Mühəndisliyi, eləcə də Mexanika Mühəndisliyi üzrə alimlərinin iştirakı ilə həyata keçirilib. Müəlliflər bildirirlər ki, əldə olunan nəticələr almaz membranlarının gələcək nəsil sensorlar, mikroenerji sistemləri və digər yüksək etibarlılıq tələb edən elektron texnologiyalarda tətbiqi üçün yeni imkanlar yarada bilər.

Almazın elektrik enerjisi yaratması ilə bağlı bu nəticə hələ genişmiqyaslı enerji istehsalı texnologiyasının yaradılması demək deyil. Burada söhbət ilk növbədə mexaniki hərəkətdən kiçik elektrik siqnalının alınmasından gedir. Lakin elmi baxımdan kəşfin əhəmiyyəti məhz bundadır: bir əsrdən artıq müddət ərzində elektrik baxımından passiv hesab edilən materialın müəyyən şəraitdə fərqli fiziki xüsusiyyət nümayiş etdirə bilməsi yeni araşdırmalar üçün qapı açır.

Beləliklə, alimlərin əldə etdiyi nəticə almazın yalnız dünyanın ən sərt təbii materiallarından biri olmadığını, həm də gələcəyin mikroelektronika və enerji texnologiyalarında yeni funksiyalar qazana biləcəyini göstərir. Elm adamları qarşıdakı mərhələdə bu effektin gücünün artırılması, daha səmərəli enerji toplama mexanizmlərinin yaradılması və texnologiyanın real cihazlarda sınaqdan keçirilməsi istiqamətində araşdırmaları davam etdirə bilərlər.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri