Icma.az
close
up
RU
Almeyda: “Bu oyunda 2 xal itirdik“

Almeyda: “Bu oyunda 2 xal itirdik“

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “Kəpəz” – “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə yekunlaşdı.

Oyundan sonra Gəncə təmsilçisinin futbolçusu Valdemar Almeyda “FutbolPress”in suallarını cavablandırdı.

32 yaşlı yarımmüdafiəçi əvvəlcə matç barədə fikirlərini bölüşdü:

– Birinci hissəyə daha yaxşı başladıq. Bizim epizodlarımız daha çox oldu. Yenə də 1 xal 1 xaldır. Amma biz bura qələbə üçün gəlmişdik.

– Sanki komandanız 1 xalı qoruyub saxlamağa çalışırdı. Bu nəticə sizi qane edir?
– Futbolda qazanılan hər xal önəmlidir. Mövsümün sonunda bunu daha yaxşı görürük. Hesab edirəm ki, bu oyunda 2 xal itirdik.

– Premyer Liqada qalmaq üçün gərgin mübarizə gedir. Səncə, “Kəpəz”in burada şansı nə qədərdir?
– Bu komandaya gələndə elə vəziyyət pis idi. Klub prezidentiylə də danışdıqda, niyyətimiz o idi ki, komandanı elitada saxlaya bilək. Belə baxsaq, son 5 matçımızdan cəmi birini uduzmuşuq. Komandanın vəziyyəti getdikcə yaxşılaşır. İnanırıq ki, mövsümün sonunda elitada qala biləcəyik.

– Baş məşqçiniz Azər Bağırov mətbuat konfransında bildirdi ki, bu oyunda qalib gəlsəydik, növbəti turda “Zirə” ilə matça daha rahat şəkildə çıxacaqdıq. Hazırki xal itkisi “Zirə” ilə görüşdə sizin üzərinizdə təzyiq yaradacaq?
– Biz həmişə oyunlara 3 xal üçün çıxırıq. Heç vaxt rəqibin kim olduğunu düşünmürük. Bu gün qələbə qazansaq belə bunu unudub, növbəti oyunlara köklənirik.

– Azər Bağırov daha sonra bildirdi ki, mərkəz xəttindəki oyunçular hücumçuları topla təmin edə bilmədilər. Yarımmüdafiəçi kimi sən necə düşünürsən?
– Komandanın bir lideri var o da baş məşqçidir. Əgər baş məşqçi elə deyirsə, deməli doğrudur. Biz də çalışacayıq ki, növbəti oyunlarda günbəgün özümüzü inkişaf etdirək və qələbələr qazanaq.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 İyun 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri