Icma.az
close
up
RU
Massumo Almeyda 3:2!

Massumo Almeyda 3:2!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələ - İmişli 3:2 (2:1)
1. Səlahət Ağayev – 5,5
33. Seydina Keyta – 5,5
16. İsaak Amoah – 5,5
28. Murad Musayev (k) – 6,0
66. Nuğay Rəşidov – 6,5
(3. Eduardo Kunde, 74) – 5,0
6. Xayme Syerra – 5,5
10. Şahin Şahniyarov – 5,5
(13. Nicat Əliyev, 74) – 5,0
27. Eşqin Əhmədov – 5,5
30. Prins Ovusu – 6,5
(50. Adriel Ba Loua, 74) – 6,5
24. İsmael Akinade – 6,0
(22. Fərid İsgəndərov, 90) – qiymətsiz
14. Domi Massumo – 7,0
(12. İbrahim Sanqare, 90) – qiymətsiz
Ehtiyat oyunçular
93. Rza Cəfərov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
7. Turan Manafov
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
70. Paulo Quimbila
Məşqçi: Georgi Çixradze
Komandanın ən yaxşısı: Domi Massumo
33. Andrey Sinenka – 5,5
29. Edvin Banquera – 5,5
19. Azər Salahlı (k) – 5,5
14. Ronaldo Rodriges – 6,0
23. Dioqo Rollo – 5,5
94. Rafael Vieqaş – 5,5
10. Nikola Karaklaiç – 5.5
(97. Xəzər Mahmudov, 67) – 5,0
5. İdris İnqilablı – 5,5
21. Abbas Ağazadə - 5,5
(44. Həzrət İsayev, 67) – 5,5
9. Dioqo Almeyda – 6,5
7. Juninyo – 6,0
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
77. Elmir Rəhimzadə
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
Komandanın ən yaxşısı: Dioqo Almeyda
Qollar: D.Almeyda, 7 (0:1, Juninyo). D.Massumo, 27 (1:1, N.Rəşidov). D.Massumo, 45+1 (2:1, P.Ovusu). D.Almeyda, 60 (2:2). D.Massumo, 87 (3:2, A.Ba Loua).
Vərəqələr: İ.Akinade, 52 (qeyri-idman hərəkəti). H.İsayev, 84 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Rahil Ramazanov (Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
30 yanvar. Qəbələ. Şəhər stadionu. 700 tamaşaçı (4500 tamaşaçı).
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
İlə səfərdə “Şamaxı”nı darmadağın etməklə başlayan “Qəbələ” bu dəfə evdə meydana çıxdı. “Qırmızı-qaralar” daha bir elitada qalmaq uğrunda mübarizə aparan komandanı məğlub etməklə təhlükəli zonadan uzaqlaşmaq niyyətində idi. Eyni amal üçün döyüşən “İmişli”yə gəlincə, “pələnglər” son 5 matçda qələbə qazana bilməmişdi. Bu üzdən tilsimi qırmaq, xal ehtiyatını artırmaq əhəmiyyətli hədəfə çevrilmişdi. Belədə oyunun gərgin mübarizə, qarşılıqlı hücumlar şəraitində keçməsi sürpriz olmadı.

Hesabı “İmişli” açdı. Buna Syerranın qeyri-dəqiq ötürməsi şərait yaratdı. Topa yiyələnən Juninyonun ön xətdə fürsət gözləyən Almeydaya ötürməsi sonuncunun 7-ci dəqiqədə fərqlənməsiylə nəticələndi. Bir qədər sonra bəxtini sınayan İdrisin təxminən 20 metrdən zərbəsi boşa çıxdı: “kürə” qapıdan aralı keçdi. “Qəbələ”dən hesabı bərabərləşdirməyə yaxın olan isim Akinade oldu. Ancaq “qırmızı-qaralar”ın qış fasiləsində heyətinə qatdığı hücumçu Sinenkayla bacarmadı. Meydan sahibləri Eşqin və Şahinin uzaq məsafədən cəhdlərindən də xeyir görməsə də, Massumo 27-ci dəqiqədə komandasını sevindirdi. Nuğayın qapıya paralel ötürməsini qəbul edən konqolu Azərin inadkar müdaxiləsinə rəğmən, adını tabloya yazdırdı. Hesabı bərabərləşdirən “Qəbələ” ilk hissənin qalan vaxtında fasiləyə öndə yollanmaq üçün iki imkan əldə etsə də, birincisini dəyərləndirə bilmədi. Buna Nuğayın ötürməsindən sonra bəxtini sınayan Eşqinin Sinenkayla bacarmaması səbəb oldu. Növbəti cəhd isə Massumonun 45+1-ci dəqiqədə dubl etməsiylə nəticələndi. Ovusunun uzaqdan ötürdüyü topu cərimə meydançasına qəbul edən konqolu fərqləndi.
İkinci yarının əvvəli meydan sahiblərinin daha bir qol uğrunda tər tökdüyü anlarla yadda qaldı. O başqa məsələ ki, 48-ci dəqiqədə Ovusunun ötürməsindən faydalanmağa çalışan Syerra qeyri-dəqiq oldu. Qonaqların 60-cı dəqiqədə qurduğu hücumda isə Almeyda dubla imza atdı. Əslində burda Ronaldo da fərqlənə bilərdi. Lakin Juninyonun küncdən göndərdiyi “kürə”ni başla tora qovuşdurmaq istəyən braziliyalıya əvvəlcə Səlahət, ardından tir mane oldu. Belədə meydanda qalan topu “çərçivə”dən keçirmək portuqaliyalının payına düşdü.
Bir qədər sonra İdrislə Ba Louanın fürsətləri puç etdiyini gördük. “İmişli”nin futbolçusu qeyri-dəqiqliyin qurbanı oldusa, “Qəbələ”nin oyunçusu Akinadenin qapıönünə ötürməsinə Sinenkadan əvvəl çata bilmədi. İndi qələbə üçün cəmi bir qol lazım idi ki, Massumo yenidən səhnəyə çıxdı. O, Ba Louanın cərimə meydançasına gözəl ötürməsindən sonra fərqləndi.
Beləliklə, “Qəbələ” ilin ardıcıl ikinci qələbəsini qazanmaqla təhlükəli zonadan bir qədər də uzaqlaşdı. “İmişli”nin qələbə həsrəti 6 oyuna çatdı.
Gözdən qaçmadı
// “İmişli “ Qəbələdə yalqız qaldı. Komandanın tribunada azarkeşləri yox idi.
// Kaxaber Sxadadze cəzalı olduğundan komandasının çıxışını “sky-box”dan izləyirdi. Gürcüstanlı mütəxəssis telefon vasitəsilə köməkçiləriylə əlaqədə idi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri