Icma.az
close
up
RU
“Alonso qapıçı olmağımı istəsə, gedib əlcək alaram”

“Alonso qapıçı olmağımı istəsə, gedib əlcək alaram”

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xabi Alonsonun gəlişi ilə səviyyəsini göz görə-görə artıran “Real”ın və Türkiyə yığmasının gənc ulduzu Arda Gülər Fransanın “Ekip” nəşrinə açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu mövsüm həm klubda, həm də yığmada inamlı oyun sərgiləyir. Onun Mbappe ilə gözəl anlaşması da diqqəti çəkir.
İspaniya mətbuatının yazdığına inansaq, Alonso Arda Güləri Məsut Özilə bənzədib. Arda bütün bunlar, eləcə də başqa məqamlar haqda danışıb:

“Ətrafımdakı gurultunu təzyiq kimi qəbul etmirəm. Əksinə, belə şeylər məni motivasiyalandırır. Üzərimdəki məsuliyyəti bilirəm. Özümü sanki bütün bunlara ehtiyacı olan bir insan kimi hiss edirəm. Kənardan sakit göründüyüm üçün bəziləri çox fağır olduğumu düşünür. Amma mən də çox hirsliyəm. Əsas odu ki, insan özü kimi olsun və başqası kimi olmağa can atmasın. Həm iddialı olmalı, həm də hörmət saxlamağı bacarmalısan. Bunların arasında balans tapmaq lazımdı. Məsələn, Luka Modriç cərimə zərbəsini vurmaq istəyirsə, heç bir söz demədən topu qoyub ordan kənarlaşmalısan. Dünyanın ən böyük klubuna gəldiyimi bilirdim və ilk məşqdən səviyyəmin burda oynamaq üçün yetərli olacağını anladım. Baş skaut Juni Kalafat transferim rəsmiləşmədən öncə mənə açıq şəkildə “Modriç və Kroosdan sonrakı dönəmin önəmli bir parçası olacaqsan” dedi. İlk ilim çox çətin keçdi. Amma belə olacağını bilirdim. Karlo Ançelotti tarixin ən böyük məşqçilərindən biridi. Mənim gələcəkdə dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacağımı mətbuata söyləmişdi. Etiraf edim ki, ilk mövsümdə oynamadığım dönəmlərdə çətinlik çəkirdim. Ancaq həmin vaxt nümayiş etdirdiyim səbr məni gücləndirdi. Alonso mənə daxili hissiyyatımın güclü olduğunu və meydanda bir savaşçı olduğumu dedi. Onun oyun fəlsəfəsində meydanın rəqibə aid hissəsində ikili mübarizələrdən qalib ayrılmaq çox mühüm yer tutur. Oyunçuların aqressiv olmasını istəyir. Ona tam güvənirəm. Hətta o qədər güvənirəm ki, qapıçı olmağımı istəsə, gedib əlcək alaram. 2023/24-də qazandığımız ÇL? O, mənim ÇL-im deyil. Mən özümü bu turnirin qalibi saymıram. Ona görə də yenisini qazanmalıyıq. Mbappenin istedadı ilə mənim özəlliklərim bir-birini tamamlayır. Onunla birlikdə oynamaqdan böyük zövq alıram. Bəzən oyunlardan öncə söhbət edirik. Oyunun gedişində nələr edəcəyimizi müzakirə edirik. Bəzən isə sadəcə, bir baxış kifayət edir. Mbappe elə oyunçudu ki, istədiyi yerdə oynaması üçün ona sərbəstlik vermək lazımdı. Mərkəzə qədər çəkilib top qəbul edirsə, bunu boşuna etmir. Oyunu gözəl oxuyur. Belə olan təqdirdə mən onun yerinə keçirəm. Məsut Özillə müqayisə olunmağım xoşuma gəlir. Bu, mənim üçün qürurvericidi. Amma böyük uğurları hər zaman iki-üç futbolçu yox, bütün komanda qazanır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri