Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının 2027/2028 mövsümünün başlama və bitmə tarixləri açıqlanıb
QOL.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Yeni mövsüm 2027-ci il avqustun 13-də start götürəcək. Çempionatın son turu isə 2028-ci il mayın 21-də keçiriləcək. Son turun bütün görüşləri ənənəvi olaraq eyni vaxtda başlayacaq.
Qeyd edək ki, 2026/2027 mövsümünün başa çatmasından sonra komandaların istirahəti üçün 75 tam gün nəzərdə tutulub. Çempionatın son turu UEFA Çempionlar Liqasının finalından bir həftə əvvəl keçiriləcək.
2027/2028 mövsümündə 33 həftəsonu turu və həftəiçi beş tur təşkil olunacaq. Həmçinin Milad və Yeni il bayramları dövründə iki turun arasında 60 saatdan az fasilə olmayacaq. Bu qərar qış aylarında oyun təqviminin sıxlığını azaltmaq məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 20 Noyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















