Qızıl bir həftədə 9 faiz ucuzlaşıb Unsiyası 3 min 516 dollara düşüb
Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dolların möhkəmlənməsi və ABŞ Federal Ehtiyat Sisteminin (Fed) dekabrda faiz dərəcəsini artıra biləcəyi gözləntisi qızılın qiymətinə təzyiqi artırıb.
Marja.az xəbər verir ki, spot qızıl gün ərzində 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəsinə enib. Qızılın qiyməti əlavə 3 faiz də azalaraq bir unsiya üçün 3 min 516,97 dollara düşüb (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat).
Qızılın həftəlik ucuzlaşması 9 faizə çatıb. Bu, martın 20-də başa çatan həftədən bəri ən kəskin həftəlik geriləmədir ABŞ dollarının son 19 ayın ən yüksək səviyyəsinə yaxın qalması dollarla qiymətlənən qiymətli metallara təzyiqi gücləndirib.
Capital.com-un maliyyə bazarları üzrə baş analitiki Kayl Roddanın sözlərinə görə, ABŞ-da inflyasiyanın yüksək qalacağı və Fed-in yenidən faiz artıracağı gözləntiləri satış təzyiqini artırıb. Analitik yüksələn istiqraz gəlirliliyinin və güclənən dolların qızılın qiymətinə təzyiq göstərdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Noyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















