Altı dəfə sərxoş tutulan sürücüyə ŞOK CƏZA 19 il vəsiqəsiz qalacaq VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polisə altıncı dəfə sərxoş vəziyyətdə yaxalanan sürücünün vəsiqəsi 2044-cü ilə qədər ləğv edilib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa bölgəsində baş verib.
Məlumata görə, İnegöl rayonunda polis tərəfindən aparılan reyd zamanı 16-NK-882 nömrə nişanlı “Volkswagen” markalı minik avtomobili saxlanılıb. 28 yaşlı Özkan Ş. alkoqol testindən keçirilib və qanında 3,01 promil spirt səviyyəsi aşkarlanıb. Yoxlama zamanı onun əvvəllər 5 dəfə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələndiyi də məlum olub.
Özkan Ş. altıncı dəfə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 1500 manat, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə isə 760 manat cərimə olunub.
Bundan başqa, onun sürücülük vəsiqəsi 2044-cü ilə qədər ləğv edilib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Noyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















