Altı il həbs cəzası verilən futbolçu İSLAMI QƏBUL ETDİ
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvanın "Spartak" klubunun keçmiş futbolçusu Kuinsi Promes islamı qəbul edib .
Oxu.Az "Gazeta.Ru"ya istinadən xəbər verir ki, futbolçu bu qərarı Moskva klubu futbolçunun BƏƏ-ni tərk edə bilmədiyi üçün müqaviləni yeniləməkdən imtina etməsindən sonra verib.
Promes məscidə gələrək şəhadət oxuyub və bunu digər müsəlmanlar onu tanısın deyə şahidlər qarşısında deyib.
Promesin "Spartak"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatıb. Klub onunla əmək müqaviləsini yeniləməyib. Sentyabrın 5-də Promes rəsmi olaraq BƏƏ İkinci Liqasında çıxış edən "Dubay Yunayted"in oyunçusu olub.
Keçən il fevralın 14-də Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Fevralın 16-da niderlandlı beynəlxalq axtarışa verilib. Oyunçunun ailə məclisi zamanı əmisi oğlunu bıçaqladığına görə də həbs cəzası var (1.5 il).
Altı il həbs cəzası verilən futbolçu İSLAMI QƏBUL ETDİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















