“ALTURA” gəmisinə hücumdan narahatıq Türkiyə XİN
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“ALTURA” adlı tankerin Qara dənizdə hücuma məruz qalmasını böyük narahatlıqla qarşılayırıq”
Bakıvaxtı.az xəbər verir ki, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.
Nazirliyin hücumla bağlı bəyanatında müharibənin Qara dəniz hövzəsinə yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə danışıqlar aparıldığı bildirilib.
“Hücumla bağlı aidiyyəti qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr həyata keçirilir. Gəmidə olan 27 nəfər türk heyət üzvünün səhhəti yaxşıdır. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu kimi hücumlar bölgədə insan həyatı, əmlak, gəmiçilik və ətraf mühitin təhlükəsizliyi baxımından ciddi risklər yaradır” - nazirliyin bəyanatında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 27 Mart 2026 06:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















