AMADA Kəpəz klubunda seminar keçirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Kəpəz" klubunda seminar təşkil olunub.
Klubdan AZƏRTAC-a bildirilib ki, maarifləndirici xarakter daşıyan seminara "Kəpəz" Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandasının, eləcə də məşqçi və texniki heyətinin üzvləri qatılıblar.
AMADA-nın nümayəndəsi dopinq istifadəsinin insan sağlamlığına vurduğu zərərlər, idmançı karyerasını ciddi risklər altında qoyduğunu nəzərə çatdırıb. O, iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları barədə danışıb. 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəxalq standartlardakı yeniliklər barədə ətraflı məlumat verilib.
"Kəpəz"in məşqçiləri və yeniyetmə futbolçuları onları maraqlandıran sualları səsləndiriblər, antidopinq biliklərinin artırılması üçün zəruri məlumatları öyrəniblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















