Icma.az
close
up
RU
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib

AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 aprel, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin birgə təşkil etdiyi Qəbələ – Xankəndi ultramarafonunun sonuncu mərhələsi – Ağdam - Xankəndi hissəsinin finiş xəttində yerləşən əyləncə zonasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən antidopinq maarifləndirmə proqramı həyata keçirilib.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, AMADA-nın elan etdiyi “Ədalətli idman həftəsi” çərçivəsində keçirilən proqramda Agentliyin əməkdaşları marafon iştirakçılarına və Xankəndi sakinlərinə dopinqin zərərləri və antidopinq qaydaları barədə ətraflı məlumat veriblər.

Antidopinq maarifləndirmə proqramının əsas məqsədi idmançılar, azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri arasında dopinqə qarşı mübarizəni gücləndirmək, onların dopinqin zərərləri və idmanda ədalət prinsipləri haqqında biliklərini artırmaq olub. Həmçinin, onlar antidopinq qayda pozuntuları, qadağan edilmiş maddələr, dopinqdən istifadənin idmançının sağlamlığına mənfi təsirləri və narkomaniyanın fəsadları barədə geniş məlumatlandırılıblar. Bununla yanaşı, antidopinq siyasətinin əhəmiyyəti vurğulanıb, idmanda dürüstlük və etik dəyərlərin qorunmasının vacibliyi bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirmə proqramı çərçivəsində idmançılar və azarkeşlər üçün sorğular da təşkil olunub. Sorğular vasitəsilə iştirakçılar antidopinq qaydaları ilə bağlı biliklərini sınayıb və düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim edilib. Sorğuların nəticələri göstərib ki, antidopinq sahəsində məlumatlılıq səviyyəsi artmaqdadır və idman ictimaiyyəti təmiz idman prinsiplərinə daha çox əhəmiyyət verir.

Maarifləndirmə proqramı zamanı Ümumdünya Antidopinq Agentliyinin (WADA) bu il Ədalətli İdman Günü üçün elan etdiyi “Ədalətli yarış səndən başlayır” şüarı yazılmış plakat da açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri