Icma.az
close
up
RU
AMB: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

AMB: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

Icma.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb və bu göstərici xarici şoklara qarşı etibarlı maliyyə buferi rolunu oynayır.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyat geosiyasi gərginlik, təchizat zəncirlərində pozuntular və iqlim riskləri ilə üzləşsə də, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır.

O qeyd edib ki, maliyyə sektoru dayanıqlığını qoruyur. Kapital adekvatlığı əmsalı 17%, likvidliyin örtülməsi əmsalı 155%, problemli kreditlərin xüsusi çəkisi 2,9% təşkil edir. Kreditlər üzrə dollarlaşma 13,7%-ə, rezident depozitləri üzrə isə 27%-ə qədər azalıb.

AMB sədrinin birinci müavini bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatında üç əsas struktur dəyişiklik müşahidə olunur. Qeyri-neft sektoru iqtisadi artımda getdikcə daha böyük rol oynayır, artımın mənbələri tikinti kimi qeyri-ticarət sahələrindən nəqliyyat-logistika, informasiya texnologiyaları və qeyri-neft sənayesi kimi ixracyönümlü sahələrə keçir, iqtisadi artım isə dövlət xərclərindən daha az, özəl sektorun fəaliyyəti hesabına formalaşır.

Əliyar Məmmədyarovun sözlərinə görə, AMB-nin may proqnozuna əsasən, bu il Azərbaycanda ÜDM-in 1,1%, 2027-ci ildə isə 3,2% artacağı gözlənilir. Qeyri-neft sektorunda artımın isə müvafiq olaraq 3,2% və 4,7% olacağı proqnozlaşdırılır.

O vurğulayıb ki, iqtisadiyyatın növbəti inkişaf mərhələsində şaxələndirmə həlledici rol oynayacaq və bu baxımdan turizm sektoru böyük istifadə olunmamış potensiala malikdir. Onun sözlərinə görə, hava əlaqələrinin genişlənməsi, viza rejiminin sadələşdirilməsi və turizm istiqamətlərinin təşviqi nəticəsində son üç ildə turizm gəlirləri orta hesabla hər il 38% artıb. 2026-cı ilin birinci rübündə isə turizm xidmətlərinin ixracı qeyri-neft xidmət ixracının 21%-ni təşkil edib.

Əliyar Məmmədyarov əlavə edib ki, Dünya Bankının hesabatında nəqliyyat və informasiya əlaqələrinin gücləndirilməsi, regional turizm istiqamətlərinin inkişafı, özəl sektorun iştirakının artırılması və insan kapitalına investisiyaların genişləndirilməsi ilə bağlı tövsiyələr

Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri ilə üst-üstə düşür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyul 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri