AMB: Əhalinin borclanmasında artım davam edir
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Bu ilin III rübündə də Azərbaycan əhalisinin borclanmasında artım davam edib.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Sənədə əsasən, iyul-sentyabr aylarında respondent bankların 78 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 17 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.
III rübdə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunub. Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə müqayisədə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb. Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Banklardan əldə edilmiş məlumatlara əsasən, 2026-cı ilin III rübündə ümumi istehlak kreditlərinə, o cümlədən ipoteka kreditlərinə tələb artıb. Banklar növbəti rübdə ümumi istehlak və ipoteka kreditləri üzrə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Noyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















