Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda xuliqanlıq əməlinə yol verən şəxs həbs olunub.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Seyidf Əzim Şirvani küçəsində qeydə alınıb.
23 yaşlı Zaqatala sakini Arif Bədəlov (şərti adla) səhər saat 5 radələrində sərxoş halda küçədə siqaret çəkib və sonda kötüyü yerə atıb. Ərazidə xidmət aparan polis əməkdaşları buna görə ona irad bildirəndə, Arif qanuni tələbə məhəl qoymayaraq, tabesizlik göstərib. Bu əməlinə görə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.
A. Bədəlov əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Arif Bədəlov 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:Siqaret kötüyünü maşından yerə atan sürücü 200 MANAT CƏRİMƏLƏNDİ VİDEO
23 Aprel 2026 22:30
Bu ərazilərdə siqaret kötüyünü yerə atmayın! CƏRİMƏLƏNƏCƏKSİNİZ
02 Aprel 2025 16:10
Siqaret kötüyünü yerə atanlarla bağlı CƏRİMƏLƏR Dünyada və Azərbaycanda
11 İyun 2025 16:20
Siqaret kötüyünü tam söndürməmiş atmayın! Müraciət
31 İyul 2025 13:21
Baxış sayı:63
Bu xəbər 26 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















