Icma.az
close
up
RU
“Sabah”ın futbolçusu “Barselona” ilə oyunu dəyərləndirdi

“Sabah”ın futbolçusu “Barselona” ilə oyunu dəyərləndirdi

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”ın futbolçusu Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona”ya (1:4) qarşı keçirdikləri oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, futbolçu bu barədə matçdan sonra jurnalistlərə açıqlamasında danışıb.

O, ilk hissədə komandanın yaxşı çıxış etdiyini, ikinci hissənin əvvəlində buraxılan qolun isə oyunun gedişinə təsir göstərdiyini bildirib:

“Stadiona gələn azarkeşlərə təşəkkür etmək istəyirəm. Möhtəşəm atmosfer var idi. Düzdür, qarşımızdakı rəqib bəlli idi. İlk hissədə yaxşı çıxış etdik. İkinci hissənin başlanğıcında adi səhvdən qol buraxdıq. Bunu gözləmirdik. Rəqibin xırda səhvlərdən necə istifadə etdiyini bilirik. Onlar bu imkanlardan maksimum yararlana bilirlər. Belə olmasını istəməzdik.

Fikrimcə, yaxşı çıxış etdik. İlk hissə, əsasən, ən yaxşı oyunumuz oldu. Yenə deyirəm, qarşımızdakı rəqib “Barselona”dır. Onlar xırda səhvlərdən maksimum istifadə edə bilirlər”.

Daşdəmirov qarşılaşmanın özü üçün yaddaqalan təcrübə olduğunu da vurğulayıb:

“Şəxsən özümdə həyəcan yox idi. Yaddaqalan oyun oldu. İnşallah, qarşıdakı oyunlara hazırlaşıb maksimum nəticə qazanmağa çalışacağıq”.

“Sabah” növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın “Vilyareal” komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi üç xalla turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. “Barselona” isə 12 xalla dördüncü sıradadır.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri