Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü Bu cəzanı aldı
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Bu ilin mayında Naxçıvanın Şərur rayonunda Qarxun kənd sakini, komando hərbi birləşməsinin hərbçisi Musa Həsənovu vurub öldürən avtomobilin sürücüsünün məhkəməsi keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 28 yaşlı hərbçinin ölümünə səbəb olan 2000-ci il təvəllüdlü Məhərrəm Fətullayevə hökm oxunub.
Bildirilib ki, hadisə zamanı sürücü yüngül dərəcəli sərxoşluq halında olub. O, gecə saatlarında dostları ilə kafedən çıxıb evə gedərkən “Mercedes” markalı avtomobillə yolu keçməyə çalışan Musa Həsənovu vurub.
Ağır xəsarət alan hərbçi həlak olub.
Yaxınlarının sözlərinə görə, Musa Həsənov nişanlı olub.
Həbs olunan Məhərrəm Fətullayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib.
Gənc sürücüyə 5 il həbs və 2 il sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.
Aslan Vəliyev

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 26 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















