Icma.az
close
up
RU
AMB: İşğaldan azad olmuş ərazilərdə infrastruktur layihələri tikinti sektorunun ÜDM dəki payını artırıb

AMB: İşğaldan azad olmuş ərazilərdə infrastruktur layihələri tikinti sektorunun ÜDM dəki payını artırıb

Icma.az bildirir, Sia Az portalına istinadən.

Bu ilin I yarısında Azərbaycanda tikinti sektoru üzrə nominal ÜDM-i 12,4 %, cəmi ÜDM-dəki payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz bəndi artaraq 6,3 %-ə çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası, Bakı və Bakıətrafı ərazilərdə iri tikinti layihələrinin həyata keçirilməsi və daşınmaz əmlak bazarında tələb amillərinin yüksək olaraq qalması ilə əlaqədar olub.

"Hesabat dövründə tikinti sektorunun aktivliyi aşağı olsa da sonrakı aylarda aktivlik artıb və 2024-cü ilin yanvar-iyun aylarını üstələyib. Son illərdə tikinti sektorunun ÜDM-dəki payı müəyyən qədər dəyişkənlik nümayiş etdirsə də, ümumilikdə tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də ümumi iqtisadiyyatda payı artmaqdadır", - AMB bildirir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 % az investisiya yönəldilib.

İstifadə olunmuş investisiyanın 4 milyard 67,9 milyon manatı və ya 50,4 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 672 milyon manatı (33,1 %-i) xidmət sahələrinə, 1 milyard 333,6 milyon manatı (16,5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 70 milyon manatını və ya 75,2 %-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 314,3 milyon manatı və ya 78,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri