AMB lisenziya almadan ödəniş xidməti göstərən şirkətə fəaliyyətini dərhal dayandırmaqla bağlı bildiriş verib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 12 iyun, AZƏRTAC
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar olunub.
AMB-dan AZƏRTAC-a bildirilib ki, müvafiq pozuntu halı ilə əlaqədar “Katech” QSC barəsində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər Mərkəzi Bank tərəfindən görülüb, o cümlədən “Katech” QSC-yə ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















