Icma.az
close
up
RU
AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı vahid və daha ciddi tələblər qoyulub

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı vahid və daha ciddi tələblər qoyulub

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın maliyyə bazarlarında fəaliyyət göstərən subyektlərə informasiya təhlükəsizliyi ilə bağlı vahid və daha ciddi tələblər tətbiq olunmağa başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Mehdi Mehdizadə Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

O qeyd edib ki, artıq primitiv texnologiyaların tətbiq olunduğu dövr geridə qalıb: "Hazırda daha mürəkkəb, sürətlə inkişaf edən, texnologiyalarla inteqrasiya olunmuş dövrdə yaşayırıq. Bu inkişafın müsbət tərəfləri ilə yanaşı, nəzərəçarpacaq riskləri də var. Xüsusilə xoşniyyətli olmayan müdaxilələrin hədəfi ola biləcək informasiya sistemləri və texnologiyalar, maliyyə sektoru üçün daha yüksək təhlükə yaradır".

M. Mehdizadənin sözlərinə görə, bu təhlükələrin qarşısını almaq üçün dövlət orqanları və mütəxəssislər müxtəlif səviyyəli kiber təhlükəsizlik çərçivələri formalaşdırır: "Artıq kibertəhlükəsizlik təkcə texniki məsələ deyil, həmçinin hüquqi sabitliyin, maliyyə dayanıqlılığının və istehlakçı hüquqlarının qorunmasının əsas elementlərindən birinə çevrilib".

AMB rəsmisi xatırladıb ki, bu məqsədlə 2019-cu ildə yalnız bank sektorunu əhatə edən informasiya təhlükəsizliyi qaydaları qəbul edilib: "Lakin maliyyə bazarlarına nəzarət orqanının ləğvi və bu səlahiyyətlərin AMB-yə verilməsindən sonra məsuliyyət dairəsi genişlənib. Artıq bu qaydalar yalnız banklara deyil, ödəniş və elektron pul təşkilatlarına, investisiya şirkətlərinə, sığortaçılara və bank olmayan kredit təşkilatlarına da şamil olunur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri