AMB: Maliyyə Nazirliyinin depozit hərracları likvidliyi artırıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır.
"Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19% artıb" -AMB əlavə edib.

AMB: Maliyyə Nazirliyinin depozit hərracları bank sektorunun likvidliyini artırmaqda davam edir
23 İyul 2025 10:13
Mərkəzi Bank: Maliyyə Nazirliyinin depozit hərracları faizlərə təsir edib
11 İyun 2025 11:20
Maliyyə Nazirliyinin regional maliyyə idarələri yaradılıb
22 May 2025 15:55
Maliyyə Nazirliyinin səlahiyyətləri ARTIRILDI
06 Dekabr 2024 19:09
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
04 Fevral 2025 12:06

