AMB: Milyonlarla insan ödənişlər zamanı onlayn dələduzluğun qurbanı olur
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məktəblilər arasında rəqəmsal ödənişlər sahəsində savadlılıq artırılmasına çalışırıq.
"APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın Bazar Davranışlarının Tənzimlənməsi Departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Baxışova deyib.
O bildirib ki, hər gün milyonlarla insan rəqəmsal ödənişlər zamanı onlayn dələduzluğun qurbanı olur. Bu baxımdan hər il Mərkəzi Bank tərəfindən “Qlobal pul həftəsi" çərçivəsində məktəbli və gənclərin maliyyə savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilir.
“Məqsədimiz gənclərin erkən yaşlarından maliyyə vərdişlərinin formalaşdırılmasıdır. Bu il bu müsabiqə Təhsil Nazirliyinin də dəstəyi ilə 10 məktəb arasında keçirilib. Bu günə qədər müxtəlif region məktəblərində bu cür tədbirlər keçirilib. Bu il də region məktəblərində belə tədbirlərin keçirilməsini planlaşdırırıq”- İlahə Baxışova əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















