AMB nin valyuta ehtiyatları 15,4 mlrd. dollara yaxınlaşıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin sentyabrında artmaqda davam edib.
“APA-Economics” xəbər verir ki, sentyabrın 30-na AMB-nin rəsmi valyuta ehtiyatları 15 milyard 363,4 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici avqustun sonu ilə müqayisədə 62,1 milyon dollar və ya 0,4% çoxdur. Avqustun 31-də ehtiyatların həcmi 15 milyard 301,3 milyon dollar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 52,9 milyon dollar və ya 35,8% artıb. 2025-ci il sentyabrın 30-da ehtiyatlar 11 milyard 310,5 milyon dollar təşkil edib.
2025-ci ilin sonu ilə müqayisədə ehtiyatlarda 3 milyard 848,5 milyon dollar və ya 33,4% artım qeydə alınıb. Belə ki, ötən ilin sonunda AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar səviyyəsində olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 02 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















