Icma.az
close
up
RU
Özünü tənha hiss edənlərin yarısı bu risklə üz üzədir

Özünü tənha hiss edənlərin yarısı bu risklə üz üzədir

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş zəifliyi) riskini 38 faiz artırır.

“Qafqazinfo”nun xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri tərəfindən aparılan 30 illik araşdırmanın nəticələri bunu deməyə əsas verir.

“Aging & Mental Health” jurnalında dərc olunan tədqiqat 1988-2018-ci illər ərzində 3777 nəfərin sağlamlıq göstəricilərinin izlənilməsi əsasında hazırlanıb.

Tədqiqat çərçivəsində iştirakçılar “heç vaxt tənha olmayanlar”, “vaxtaşırı tənhalıq yaşayanlar” və “xroniki tənhalıq yaşayanlar” olmaqla üç qrupa bölünüb. Nəticələr göstərib ki, xroniki tənhalıq qrupuna daxil olan şəxslərin 49 faizində demensiya inkişaf edib. Bu göstərici vaxtaşırı tənhalıq yaşayanlarda 34 faiz, heç vaxt tənha olmayanlarda isə 33 faiz təşkil edib. Statistik təhlillər müvəqqəti tənhalığın demensiya riskinə ciddi təsir etmədiyini, lakin davamlı tənhalığın bu riski 38 faiz yüksəltdiyini ortaya qoyub.

Bordo İctimai Səhiyyə Mərkəzinin baş tədqiqatçısı Karine Peres bildirib ki, həyatın müəyyən dövrlərində tənhalıq hiss etmək təbiidir, lakin təhlükəli olan bu halın xroniki xarakter almasıdır.

Onun sözlərinə görə, uzunmüddətli tənhalıq xroniki stressə səbəb olur və immun sistemini zəiflədərək orqanizmdə iltihabi prosesləri gücləndirir. Bundan əlavə, tənhalıq fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə müşayiət olunur ki, bu da demensiyaya yol açan ürək-damar xəstəlikləri və diabet riskini artırır.

Araşdırmanın aparıcı müəllifi İvanna Simon isə vurğulayıb ki, səhiyyə və sosial xidmət mütəxəssisləri tənhalıq riskini qiymətləndirərkən təkcə insanın kiminləsə birgə yaşayıb-yaşamamasına deyil, onun özünü nə dərəcədə tənha hiss etməsinə və sosial əlaqə qurma bacarığına da diqqət yetirməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2026 06:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri