AMB Sevinc Kredit İttifaqına icrası məcburi göstəriş verdi
Icma.az, Axar.az saytına istinadən bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) Sevinc Kredit ittifaqı MMC-yə icrası məcburi göstəriş verib.
AMB-dən Axar.az-a verilən məlumata görə, kredit ittifaqı bu ilin I rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib.
Odur ki, “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

AMB dən üç kredit ittifaqına icrası məcburi göstəriş
23 Yanvar 2025 17:15
AMB “Kapital Bank”a icrası məcburi göstəriş verib
05 Dekabr 2024 11:41
AMB “PAŞA Sığorta”ya icrası məcburi göstəriş verib
28 Yanvar 2025 16:14
AMB sığorta bazarının üç iştirakçısına icrası məcburi göstəriş verib
22 Aprel 2025 18:07
AMB sığorta bazarının daha üç iştirakçısına icrası məcburi göstəriş verib
24 Aprel 2025 16:11

