AMBnin rəhbər şəxslərinin adından saxta sənədlərlə istehlakçılar aldadılıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən aparılan müşahidələrə və daxil olan müraciətlərə əsasən Bankın rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi hallarının yer aldığı müəyyən olunub.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, bununla əlaqədar olaraq bildiririk ki, Mərkəzi Bank tərəfindən müvafiq maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar Bankın rəsmi internet səhifəsində (www.cbar.az ) Bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdıqda Mərkəzi Bankın rəsmi internet səhifəsindən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı Mərkəzi Bankın Qaynar xəttinə (966) müraciət oluna bilər.
Baxış sayı:102
Bu xəbər 19 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















