Icma.az
close
up
RU
BDU nun Qazax filialında Zəfər Gününə həsr edilmiş dəyirmi masa keçirilib

BDU nun Qazax filialında Zəfər Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qazax, 22 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, tələbələr, QHT-lər və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində şəhidlərin xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar. Həmçinin filialın məzunu olmuş Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kəndinin igid oğlu leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xatirəsinə yaradılmış guşəyə baxış keçirərək, əziz xatirəsini ehtiramla anıblar.

Dəyirmi masada çıxış edənlər 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbirin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində şanlı tarix yazdı, torpaqlarımız düşməndən azad olundu. Bu gün qalib Azərbaycan xalqı həmin şəhərlərin azad olunduğu tarixləri xüsusi gün kimi qürurla qeyd edir.

Vurğulanıb ki, ötən ilin ən yaddaqalan hadisələrindən biri də Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin bir güllə belə atılmadan Azərbaycana qaytarılması oldu. Qazaxın kəndlərinin də yenidən qurulacağına, yeni evlərin, infrastrukturun inşa olunacağına, çoxsaylı layihələrin icra ediləcəyinə, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarına əminlik ifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri