Icma.az
close
up
RU
“AmCham Azərbaycan”ın strateji istiqamətləri açıqlandı

“AmCham Azərbaycan”ın strateji istiqamətləri açıqlandı

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2026–2028-ci illər üçün Rəqəmsal Transformasiya və Süni İntellekt (Sİ), eləcə də Qida və Aqrar sahələrini iki əsas strateji istiqamət kimi müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, bu qərar Palatanın Azərbaycanda uzunmüddətli iqtisadi inkişafı təşviq etmək, iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaq və rəqabətqabiliyyətliliyin artırılmasına töhfə vermək missiyasını bir daha təsdiqləyir. 

Palatanın yeni strateji istiqamətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf prioritetlərinə uyğun olaraq formalaşdırılıb. Bu istiqamətlər həmin prioritetlər çərçivəsində xüsusi əhəmiyyət kəsb edən rəqəmsal transformasiya və texnoloji innovasiyaların təşviqi, rəqabətqabiliyyətli və şaxələndirilmiş qeyri-neft-qaz iqtisadiyyatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı kənd təsərrüfatının inkişafı və təbii resursların səmərəli idarə olunması kimi sahələri əhatə edir. Eyni zamanda, bu istiqamətlər qlobal iqtisadi tendensiyaları və Azərbaycanda fəaliyyət göstərən bizneslərin dəyişən ehtiyaclarını əks etdirir.

Bu strateji istiqamətlər çərçivəsində “AmCham Azərbaycan” dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə müxtəlif təşəbbüslər həyata keçirməyi hədəfləyir. Bu təşəbbüslər “AmCham” platforması vasitəsilə dövlət qurumlarını, yerli və beynəlxalq biznes nümayəndələrini, investorları, sahə üzrə ekspertləri və inkişaf tərəfdaşlarını bir araya gətirəcək.

Rəqəmsal Transformasiya və Süni İntellekt

Rəqəmsal transformasiya və süni intellekt biznesə, sənayeyə və ümumilikdə iqtisadiyyata yeni texnologiyaların təsirinin sürətlə artdığı bir dövrdə “AmCham Azərbaycanın” əsas strateji prioritetlərindən biri olacaq. Palata süni intellektin tətbiqi, rəqəmsal infrastrukturun və innovasiyaların inkişafı, əmək bazarının gələcəyin tələblərinə və yeni bacarıqlara uyğunlaşdırılması, texnologiyalardan məsuliyyətli istifadənin təşviqi üçün əlverişli mühitin formalaşdırılması ilə bağlı dövlət qurumları, özəl sektor, texnologiya liderləri və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlıq və dialoqu təşviq edəcək.

Qida və Aqrar sahə

Qida və aqrar sahə Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafına töhfə verilməsi, ixracın şaxələndirilməsi və təbii resurslardan dayanıqlı istifadə baxımından mühüm potensiala malik olduğundan strateji prioritet kimi müəyyən edilib. “AmCham Azərbaycan” kənd təsərrüfatının müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, su və torpaq ehtiyatlarının səmərəli idarə olunması, ərzaq təhlükəsizliyi, beynəlxalq sertifikatlaşdırma, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və qlobal dəyər zəncirlərinə inteqrasiya istiqamətlərində dövlət qurumları, biznes nümayəndələri, investorlar və ekspertlər arasında əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.

“AmCham Azərbaycan” rəhbərliyi tərəfindən bildirilib ki, ölkənin iqtisadi transformasiyanın yeni mərhələsinə qədəm qoyduğu bir zamanda texnologiya, innovasiya, məhsuldarlıq və dayanıqlı inkişaf amilləri xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal transformasiya və süni intellekt, eləcə də qida və aqrar sahələrinin 2026–2028-ci illər üzrə strateji prioritetlər kimi müəyyən edilməsi “AmCham Azərbaycan”ın fəaliyyətinin ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə uzlaşdırılmasına və diqqətin özəl sektorun real və ölçülə bilən töhfə verə biləcəyi sahələrə yönəldilməsinə xidmət edir.

Qeyd olunub ki, bu strateji prioritetlər çərçivəsində əsas məqsəd dövlət qurumları, biznes nümayəndələri, investorlar və beynəlxalq ekspertlər arasında daha səmərəli dialoqu, praktiki əməkdaşlığı və nəticəyönümlü tərəfdaşlığı təşviq etməkdir. “AmCham Azərbaycan” müvafiq istiqamətlər üzrə biznes ictimaiyyətinin baxışlarını, təcrübəsini və təkliflərini bir araya gətirərək, dayanıqlı iqtisadi inkişaf gündəliyinə töhfə verən təşəbbüs və müzakirələri dəstəkləməyə davam edəcəkdir.

Hər iki strateji istiqamət “AmCham Azərbaycan”ın fəaliyyətinin gündəliyində, o cümlədən komitələrinin işində, biznes tədbirlərində, tərəfdaşlıqlarında və müxtəlif təşəbbüslərində öz əksini tapacaq. Palata geniş üzvlük bazasının və beynəlxalq əlaqələr şəbəkəsinin bilik və təcrübəsindən istifadə edərək səmərəli müzakirələrin aparılmasına, əsas imkan və çağırışların müəyyənləşdirilməsinə, eləcə də bu sahələrin inkişafına özəl sektorun praktiki baxış və təcrübəsinin töhfə verməsinə dəstək göstərəcək.  

Rəqəmsal transformasiya və süni intellekt, eləcə də qida və aqrar sahələrinin 2026–2028-ci illər üçün strateji prioritetlər kimi müəyyən edilməsi ilə “AmCham Azərbaycan” ölkənin milli inkişaf prioritetlərinə dəstəyini, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə sadiqliyini və rəqabətqabiliyyətli, dayanıqlı və gələcəyə hazır biznes mühitinin inkişafına töhfə vermək əzmini bir daha təsdiqləyir.

“AmCham Azərbaycan” haqqında

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyul 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri