Icma.az
close
up
RU
AMD nin bazar payı tarixi minimuma düşdü Hamı Nvidia alır

AMD nin bazar payı tarixi minimuma düşdü Hamı Nvidia alır

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

AMD-nin stolüstü kompüterlər üçün qrafik prosessorları (GPU) bazarında payı, şirkətin rüb ərzində yeni məhsullar buraxmasına baxmayaraq, rekord dərəcədə aşağı səviyyəyə enib. 

Qaynarinfo xəbər verir ki, bunu "Con Peddi Research"in məlumatları sübut edir.

2025-ci ilin birinci rübündə bazara 9,2 milyon GPU təqdim edilib. Hesabat dövründə "Nvidia"nın payı 8,5% artaraq təəccüblü 92%-ə çatıb. Eyni zamanda "Radeon" video kartlarının tədarükü 7,3% azalıb və indi "qırmızılar" cəmi 8% bazar payı ilə kifayətlənirlər.

Təhlilçilər qeyd edir ki, cəmi on il əvvəl AMD-nin bazardakı mövqeyi xeyli yaxşı idi. 2014-cü ildə şirkət stolüstü kompüterlər üçün diskret video kartları seqmentinin təxminən 30%-nə sahib olub və kəskin enişdən sonra 2018-ci ildə bu səviyyəni bərpa edə bilib.

Lakin indi AMD "Radeon RX 9000" seriyasının uğurlu buraxılışına baxmayaraq, öz bazar payının davamlı artımını bərpa edə bilməyib. 2024-cü ilin sonunda onun payı 17%-ə qalxıb, lakin sonra yenidən azalmağa başlayıb.

Bu vaxt video kartları bazarı davamlı artım göstərir. Son rübdə 9,2 milyon ədəd təqdim edilib – bu, iki rüb əvvəlki 8,1 milyonla müqayisədə daha çoxdur. Doğrudur, 2024-cü ilin əvvəlində tədarüklər daha da yüksək idi – indi onlar enişdən sonra bərpa olunur.

"Steam"in yeni sorğusu göstərib ki, 2025-ci ilin yayında 74% PC oyunçuları oyun sistemlərini "Nvidia" video kartları ilə təchiz ediblər, AMD-nin payı isə 17% təşkil edir. Bu vaxt Intel həllərindən artıq 7% oyunçu istifadə edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri