“Önəmli olan odur ki, xal itirmədik” Hacıyev
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının XII turunda doğma meydanda “Qarabağ”la qolsuz bərabərliyə (0:0) razılaşan “Kəpəz”in futbolçusu Rəhman Hacıyev matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Özümüzə güvənirdik. Artıq rəqibdən çəkinmək və ya “öhdəsindən gələ bilmərik” kimi düşüncəmiz yoxdur. Bütün rəqiblərə qarşı mübarizə apara, oynaya bilərik, buna gücümüz çatır. Düşünürəm ki, daha yaxşı işlər görə bilərik və bunun üzərində inşallah çalışacağıq.
– Gəncədən hər komanda xal apara bilmir. Bu gün də stadion dolu idi. Azarkeşlər barədə nə deyə bilərsiniz?
– Əlbəttə ki, onlara hər zaman təşəkkürümüzü bildirmişik. Hətta dünən məşqə də gəlmişdilər, bizə dəstək oldular, ürək sözlərini dedilər. Onların bizə dəstəyi həqiqətən çox böyükdür.
– Qol vurmaq üçün nə çatmadı?
– Qol epizodlarımız çox oldu, xüsusilə birinci hissədə yaxşı imkanlar yaratdıq, amma yararlana bilmədik. Şansımız da gətirmədi, çünki həqiqətən çox vəziyyət yaranmışdı. Futbolda belə hallar olur. Önəmli olan odur ki, xal itirmədik, əksinə, xal qazandıq. İnşallah, növbəti oyunda bunu qələbə ilə tamamlayarıq.
– Qarşıdakı çətin səfər oyunları barədə fikirləriniz necədir?
– Qələbə qazanaq, inşallah. Önümüzdəki rəqiblərlə oyunlarda da çətin olacaq, amma bütün matçlara qələbə üçün çıxacağıq. İnşallah, hər şey istədiyimiz kimi alınar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 23 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















