Icma.az
close
up
RU
İnam Kərimov: Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir ...o, hakimin daxili dürüstlüyü və mənəvi inamı...

İnam Kərimov: Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir ...o, hakimin daxili dürüstlüyü və mənəvi inamı...

Icma.az bildirir, Mia.az portalına istinadən.

"Artıq məhkəmələr yalnız qərar çıxaran deyil, həm də etimad doğuran institutlara çevrilib".

Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində keçirilən "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyətlə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir. Bu mexanizm vətəndaşları özbaşınalıqdan qoruyur, hər kəsin qanun qarşısında məsuliyyət daşımasını təmin edir və qanunun ədalətə sadiq qalmasına zəmanət verir. Eyni zamanda, bu məsuliyyət məhkəmə hakimini vicdanına və peşə etikasına bağlayır. Bundan əlavə, bu, qərəzsizlikdən, yəni ağıl və məntiqi kölgələyən emosiyalardan, simpatiya və antipatiyadan uzaq qərar vermək qabiliyyətini tələb edir".

Ali Məhkəmənin sədri vurğulayıb ki, məhkəmə hakimiyyətinin gücü təkcə qanunlarla və institutlarla deyil, həm də bu sistemdə xidmət edənlərin xarakteri və məsuliyyət hissi ilə ölçülür: "Çünki məhkəmə müstəqilliyi məhkəmə zalında başlamır, o, hakimin daxili dürüstlüyü və mənəvi inamından başlanır".

İ.Kərimov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemi dərin və davamlı islahatlardan keçib: "Bu islahatlar məhkəmələri qanunun keşikçisi və ədalətin son hökm verəni kimi möhkəmləndirib. Artıq məhkəmələr yalnız qərar çıxaran orqanlar deyil, həm də etimad doğuran institutlara çevrilib".

***

"Populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zəruridir".

Bu fikirləri Ali Məhkəmənin sədri "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzulu beynəlxalq konfransdakı çıxışında deyib.

O qeyd edib ki, ədalətə gedən yol heç vaxt tamamlanmır: "Qlobal məhkəmə icmasının üzvləri kimi hamımız ciddi çağırışlarla üz-üzəyik. Onların arasında populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zərurəti var. Texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur".

Ali Məhkəmənin sədri hesab edir ki, bu kontekstdə Beynəlxalq Hakimlər Assosiasiyası son dərəcə mühüm rol oynayır: "Bu qlobal məhkəmə icmasının birgə vicdanı kimi çıxış edir, müxtəlif regionlardan olan hakimləri müstəqillik, dürüstlük və hüququn aliliyinə sadiqlik prinsipləri ətrafında birləşdirir. Dialoq, əməkdaşlıq və ən yaxşı təcrübələrin mübadiləsi vasitəsilə Assosiasiya hüquq sistemləri arasında qarşılıqlı anlayışı möhkəmləndirir. Əminik ki, Assosiasiyanın himayəsi altında keçirilən bugünkü konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək. Eyni zamanda, bu tədbir hakimlərin yeni reallıqların yaratdığı çağırışlara qarşı daha hazırlıqlı olmasına kömək edəcək"(Report).

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri