Icma.az
close
up
RU
AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib

AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

16 dekabr 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın təqdimatı keçirilib.Azәrbaycan Respublikasının Prezidenti Cәnab İlham Әliyevin Azәrbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminә hәmrәylik ili” elan olunmasına dair 25 dekabr 2023-cü il tarixli Sәrәncamından irәli gәlәn vәzifәlәrә uyğun olaraq Azәrbaycan Milli Elmlәr Akademiyası Azad Hәmkarlar İttifaqının tәdbirlәr planına daxil edilmiş gәnc alimlәrin elmi əsərlərindən ibarət “Azәrbaycan gәncliyi vә Yaşıl dünya naminә hәmrәylik ili: ekoloji problemlәr, süni intellekt vә fәlsәfә" adlı kitabın tәqdimatı vә Yaşıl dünya naminә hәmrәylik ilinә hәsr olunmuş yekun tәdbirində ilk olaraq Dövlət Himni səsləndirilmiş, Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov, AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA-nın müxbir üzvü, BDU-nun professoru, b.e.d., Elşad Qurbanov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən i.ü.f.d., dosent Nurəngiz Mikayılova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d., dosent Elmir Babayev, AMEA-nın elmi institutlarının Gənc alim və mütəxəssislər şuralarının sədrləri, AMEA-nın strukturuna daxil olan Həmkarlar Təşkilatlarının sədrləri, YAP ərazi təşkilatlarının sədrləri və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə kollektivi iştirak etmişlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov giriş nitqi ilə rəhbərlik adından iştirakçıları salamlamış, AHİK-in və ona üzv olan təşkilatların “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlərinin əhəmiyyətinə nəzər yetirmişdir. Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəziflərin şəffaflıqla yerinə yetirilməsi istiqamətində uğurlu addımları önə çəkən natiq 2024-cü ilin AHİK-in fəaliyyət istiqamətlərində əlamətdar yeniliklərlə yadda qalmasını diqqətə çatdırdı. Qarşıya qoyulmuş vəzifələrin üzv təşkilatlarla koordinasiya edilməklə həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. AHİK sədri Sahib Məmmədov tərəfindən bu istiqamətin əsas fəaliyət proqramı kimi Həmkarlar İttifaqlarının qarşısında qoyulduğunu bildirdi.

Sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, nəşr olunmuş kitabın elmi-ictimai, sosial və siyasi əhəmiyyətinə dair çıxışlar və məruzələr dinlənilmişdir.

Çıxış edən AMEA-nın müxbir üzvü, BDU-nun professoru Elşad Qurbanov müasir dövrün ekoloji problemlərinə, təbiət və cəmiyyət münasibətlərində yeni reallıqların uzlaşdırılmasına dair təhlillər apardı. Ekoloji tarazlığın pozulmasının qarşısının alınmasında elmi biliklərin roluna diqqət çəkdi. Azərbaycanın bu sahədə qarşıya qoyduğu hədəfləri təhlil etdi.

Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov belə bir tədqiqat işinin ərsəyə gəlməsinə olan zərurəti və Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn vəzifələr kontekstində şərh etdi. Bu Sərəncamın gənc alim və tədqiqatçıların fikirlərinə və elmi biliklərinə yol açdığını bildirdi. Bu gün qlobal təhdidlərin fonunda narahat dünyamızda Prezident İlham Əliyevin sabit dünya üçün misilsiz xidmətlərinin elmi əsaslarla tədqiqata cəlb edilməsinin vacibliyini vurğuladı. Kitabın bu çağırışlara samballı töhvə olmasına dair fikirlərini əsaslandırdı.

Daha sonra çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən i.ü.f.d., dosent Nurəngiz Mikayılova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d., dosent Elmir Babayev, Azәrbaycan İlahiyyat İnstitutunun kafedra müdiri fәlsәfә üzrә fәlsәfә doktoru, dosent, Anar Qafarov, AMEA Qafqazşünaslıq İnstitutunun Ermәnişünaslıq şöbәsinin müdiri tarix üzrә fәlsәfә doktoru, dosent Elnur Kәlbizadә, AMEA Fәlsәfә vә Sosiologiya İnstitutunun elmi işçisi, Gәnc Alim vә Mütәxәssislәr Şurasının üzvü Vüsalә Gülmalıyeva, AMEA Folklor İnstitutunun Mifologiya şöbәsinin aparıcı elmi işçisi, filologiya üzrә fәlsәfә doktoru, dosent Elçin Qaliboğlu, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent Şölət Zeynalov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi, institutun Gәnc Alim vә Mütәxәssislәr Şurasının sədri Ceyran Hüseynli çıxış edərək Azərbaycanın inkişaf strategiyasının müasir hədəflərinə toxundular, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Prezident İlham Əliyevin uğurlu islahatlarından və bəşəriyyətə etdiyi çağırışlardan bəhs etdilər. Müasir güclü Azərbaycanın Ulu öndər Heydər Əliyevin ideyaları ilə dünyadakı özünəməxsus yerinə dair təhlillər apardılar. Qalib Xalqla Qalib Prezidentin vəhdətində güclü Azərbaycanın yenilməz olduğunu vurğuladılar. Bu birliyin ölkəmizə qarşı edilən bütün təhdidlərin qarşısının alınmasında ümummilli gücə sahib olduğunu yekdilliklə bildirdilər.

Tədbir iştirakçıları bir daha Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini və dövlətçiliyimiz naminə həmişə onun yanında olduqlarını bəyan etdilər. Eyni zamanda kitabın ərsəyə gəlməsinə və onun təbliğinə yaradılan imkanlara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri