AMEA da GƏRGİN İCLAS, MEHDİYEVLƏ BAĞLI MÜƏMMA Sabah nə baş verəcək?
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən həftənin cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai elmlər bölmsəində toplantı keçirilib.
Qurumdan “AzPolitika”ya daxil olan məlumata görə, iclas gözləntilərin əskinə olaraq, olduqca gərgin atmosferdə keçib.
Qeyd olunur ki, İctimai elmlər bölümündə Akademiyanın keçmiş Prezidenti Ramiz Mehdiyevin AMEA-dən qovulması məsələsinin sabah keçiriləcək ümumi yığıncağın gündəliyinə təklif edilib-edilməyəcəyilə bağlı gərginlik yaşanıb. Bu barədə hansı qərarın verilməsi məlum deyil. Bu məsələ qapalı saxlanılıb.
Xəbər verdiyimiz kimi sabah - 25 fevralda AMEA-nın ümumi yığıncağı keçiriləcək. İclasda dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin qurumdan kənarlaşdırılacağı gözlənilir.
O, 2019-2023-ü illərdə AMEA-ya rəhbərlik edib, qurumun həqiqi üzvüdür.
Ramiz Mehdiyev Azərbaycan Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsinin qərarı ilə Mehdiyev ev dustaqlığında saxlanılır.
Bu cinayət işi ilə bağlı həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və Azərbaycan Milli Elmlər Akademiyası Katibliyinin keçmiş rəhbəri və Prezident Administrasiyasının keçmiş işçisi Eldar Əmirov həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 24 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















