Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində 27 Sentyabr Anım Günü ilə bağlı elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində 27 Sentyabr Anım Günü ilə bağlı elmi konfrans keçirilib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Sentyabrın 25-də AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi konfrans keçirilib. 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə çıxış edərək 1990-cı illərdə ölkəmizdə hökm sürən mürəkkəb siyasi-ideoloji vəziyyətdən danışıb. Akademik qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik təməllər üzərində qurduğu dövlətçilik strategiyasının uğurlu davamı 30 ildən sonra onun layiqli varisi Prezident İlham Əliyevin qətiyyətli xarici və daxili siyasəti ilə qazanılan tarixi Zəfərdir. 

Akademik İsmayıl Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayaraq, bu Qələbənin Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, xalqımızın dəmir yumruq kimi birləşməsi, ordumuzun peşəkarlığı və şəhidlərimizin qanı-canı bahasına qazanıldığını və nəticədə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğunu bildirib. Eyni zamanda, bu gün işğaldan azad olunmuş torpaqlarda “Böyük Qayıdış” Dövlət Proqramının uğurla icra olunduğu, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq əmin-amanlıq içində yaşadıqları diqqətə çatdırılıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Qırx dörd günlük Vətən müharibəsinə gedən yol”, həmin institutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Müzəffər Ali Baş Komandan İlham Əliyev və Vətən müharibəsi” və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Tarixi Şuşa döyüşləri” adlı məruzələrində illərdir, aparılan uğurlu ordu quruculuğunun, ölkənin iqtisadi qüdrətinin güclənməsinin, beynəlxalq müstəvidə qazanılan diplomatik uğurların və gənclərdə formalaşan sağlam vətənpərvərlik ruhunun Qələbəni şərtləndirən əsas amillər olduğunu qeyd ediblər. Azərbaycan əsgər və zabitlərinin heç bir ağır texnikadan istifadə etmədən, əlçatmaz sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlərlə Şuşanı azad etməsinin dünya hərb tarixinə düşən misilsiz bir qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar. Məruzəçilər bu qəhrəmanlıq tariximizi dərindən öyrənməyin, yaşatmağın və gələcək nəsillərə ötürməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Firudin Rzayev 44 günlük Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşüblər. 

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA Naxçıvan Bölməsi mətbuat xidməti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri