Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

AMEA nın 80 illik yubileyi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

AMEA nın 80 illik yubileyi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə növbəti müşavirə keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, müşavirədə dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək, akademiyanın 80 illik yubileyi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Müşavirədə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubileylə bağlı bu günə kimi keçirilmiş tədbirlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, ilk dəfə olaraq Bakıdan kənarda Qarabağ Universitetində, AMEA-nın Naxçıvan Bölməsində, eləcə də Bakı Dövlət Universitetində akademiyanın yubileyi qeyd olunub. Yubiley münasibətilə ilk dəfə olaraq Vəcihə Səmədova adına sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, tədbir zamanı 4 nəfər Rəssamlar İttifaqına üzv qəbul edilib. Həmçinin bu günlərdə Yeni Azərbaycan Partiyası ilə birgə AMEA-nın 80 illiyinin qeyd olunduğunu, akademiyanın bir sıra əməkdaşlarının partiyaya üzv qəbul edildiyini bildirib. Bundan əlavə, AMEA-nın tarixində ilk dəfə olaraq yubileyinin ölkəmizdən kənarda - qardaş Türkiyənin Ankara şəhərində, eləcə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin İstanbul şəhərində keçirilən toplantısında qeyd olunduğunu, bu günlərdə isə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin iştirakı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdəki yığıncağında akademiyanın yubileyinin keçirildiyini vurğulayıb.

AMEA rəhbəri, həmçinin yubiley çərçivəsində “Elm” nəşriyyatı tərəfindən bir sıra nəşrlərin – “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Azərbaycan Milli Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitab və monoqrafiyaların, ikicildlik “Simalar”, “Azərbaycan Milli Elmlər Akademiyası. Tanıtma kitabı”, AMEA-nın təsisçiləri, eləcə də digər görkəmli həqiqi və müxbir üzvlərinin biblioqrafiyaları və s. hazırlandığını söyləyib.

Bununla yanaşı, “AMEA-nın Üzeyir Hacıbəyli döş nişanı”nın, “AMEA-nın Əziz Səncər döş nişanı”nın, “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı”nın və “AMEA-nın Lev Landau döş nişanı”nın təsis olunduğunu xatırladıb.

Həmçinin AMEA-nın 80 illik yubileyilə əlaqədar olaraq ilk dəfə süni intellekt texnologiyalarının tətbiq edilməsi ilə təqdimat hazırlandığını və yekun yubiley tədbirində nümayiş etdiriləcəyini bildirib.

Müşavirədə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Əli Abbasov, Rəyasət Heyəti aparatının şöbə müdirləri –Sərxan Xavəri, Esmira Əlirzayeva, Ağahüseyn Şükürov, Fariz İmranov və Samir Hüseynov çıxış edərək AMEA-nın 80 illik yubileyinə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli noyabr ayında keçiriləcək yekun yubiley tədbirinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri