Naxçıvanda tibbi xidmətin təşkili, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 27 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Xəstəxanasında “Tibbi xidmətin təşkili, görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxov çıxış edərək səhiyyə sistemində mövcud infrastruktur, tibbi xidmət sahəsindəki bəzi çatışmazlıqlar və onların aradan qaldırılması yolları haqqında ətraflı məlumat verib. Nazir, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı konkret tapşırıqlar verib və gələcək islahatlara dair fikirlərini bölüşüb.
Xəstəxananın şöbə rəhbərləri fəaliyyət istiqamətləri, tibbi xidmətin təşkili və mövcud vəziyyət barədə təqdimatlar ediblər. Onlar qarşıda duran əsas vəzifələr və prioritet hədəflər barədə məlumat verərək, fikir mübadiləsi aparıblar.
Tədbirdə Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına direktor təyin olunub.
Qeyd edək ki, Rəşadət Nabatov bundan əvvəl Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində çalışıb və səhiyyə sahəsində uzunillik idarəçilik təcrübəsinə malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 May 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















