AMEAnın müxbir üzvü Əyyub Quliyevin biblioqrafik göstəricisi çapdan çıxıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü Əyyub Quliyevin biblioqrafik göstəricisi tərtib edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında nəşr olunan göstəriciyə fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin həyatı və elmi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası - monoqrafiyaları, elmi-kütləvi məqalə və məruzələri, redaktə etdiyi materiallar, həmçinin alimin rəhbərlik etdiyi dissertasiya işləri haqqında məlumatlar daxil edilib. Biblioqrafiyada ümumilikdə 152 mənbə var.
Alimin 70 illik yubileyinə həsr olunan vəsaitin elmi redaktoru MEK-in direktoru Hüseyn Hüseynov, tərtibçiləri Biblioqrafiya şöbəsinin əməkdaşları Nərgiz Novruzova və Mahnur Həsənovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 23 Dekabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















