AMEA nın şöbə müdiri: Toy və yas mərasimləri bəhsə girmək üçün bir fürsətə çevrilib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Toy və yas mərasimlərində israfçılıq halları ideoloji fəsadlara yol aça bilər".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu fikirləri AMEA Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
Onun sözlərinə görə, bu kimi məclislər artıq şan-şöhrət, özünü göstərmək və bəhsə girmək üçün bir fürsətə çevrilib.
"Dəqiq təhlil edəndə görünür ki, maarifləndirmə işlərinin qarşısına çıxan bəzi qüvvələr, tərəflər və maraqlar var", - o əlavə edib.
E.Mustafayev bu cür israfçılıq hallarının dini müstəvidə də yolverilməz olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















